Azad Rəhimov: “Ramil Quliyev Bakıya qayıtmalı və izahat verməlidir”
Gənclər və İdman Nazirliyi Türkiyənin “Fənərbağça” klubunda çıxış edən Azərbaycan atleti Ramil Quliyevin Bakıya qayıtması və milli komandamızın tərkibində çıxış etməsi haqda məsələ qaldırıb. Lent.az-ın məlumatına görə, bu barədə jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov açıqlama verib.
O bildirib ki, artıq müvafiq sifariş Quliyevə çatdırılıb. Nazir məşhur sprinterimizin Türkiyə vətəndaşlığını qəbul edərək, qardaş ölkə yığmasının şərəfini qorumaq istəyinə belə reaksiya verib: “Dünyada da təcrübə var və çox sevinirik ki, bu, Azərbaycanda da öz əksini tapıb. Qabaqcıl idmançılarımız xarici klublarda çıxış edirlər. Voleybolçumuz Natalya Məmmədovanın ardından son vaxtlar futbolçularımız Türkiyə və Rusiya klublarında forma geyinirlər. Onlar təmsil etdikləri federasiyanın razılığı əsasında xaricə yollanıblar. Bu, idmançılarımız üçün böyük təcrübədir. Məmmədova Azərbaycan Voleybol Federasiyasının razılığı əsasında İtaliya, İsveçrə, Türkiyə, Rusiya çempionatlarında oynayıb. Eləcə də Ramil Quliyevlə bağlı Türkiyənin “Fənərbağça” klubu adından Azərbaycan Atletika Federasiyasına müraciət ünvanlanmışdı. Federasiya da icazə verdi ki, Quliyev “Fənərbağça”da çıxış etsin. Amma o, Avropa, dünya çempionatlarında və digər yarışlarda yığmamızın tərkibində yer almalı idi. Təəssüflər olsun ki, Quliyev bu yarışlara qatılmayıb. Səbəb kimi, əsasən, zədəli və xəstə olmasını göstərib. Lakin biz yoxladıq, gördük ki, həmin günlərdə o, bir neçə kommersiya xarakterli turnirlərdə çıxış edib. Bu isə o deməkdir ki, Quliyevin zədəsi yoxdur. Biz buna heç cür razı ola bilmərik”.
Rəhimov Quliyevin yaxın vaxtlarda Bakıya qayıdaraq, yığmamızın heyətində çıxış etməməsinin səbəbinə dair izahat verəcəyinə inam ifadə edib. Nazir idmançımıza Türkiyədə daha yaxşı şəraitin yaradıldığı barədə xəbərlərə isə belə reaksiya verib: “Ola bilsin, Quliyevə ABŞ-da, İtaliyada və ya İsveçrədə də yüksək şərait yaradıla bilər. Onu şəraitini müqayisə etmək üçün göndərməmişik. Azərbaycanda idmana böyük diqqət, dəstək var. Dünyada heç kim Quliyevin adını eşitməmişdi. O, idmançı kimi Azərbaycanda formalaşıb, Azərbaycanın çörəyini yeyib, Azərbaycanın suyunu içib. Bu səbəbdən, Quliyev Azərbaycan yığmasının tərkibində çıxış etməlidir. İstəmirsə, mövcud beynəlxalq qaydalara əsasən, qarşıdakı 3-4 il ərzində başqa ölkənin bayrağı altında çıxış edə bilməz. Çıxış etsə, diskvalifikasiya olunmalıdır”.
Rəhimovun sözlərinə görə, Ümumdünya Antidopinq Agentliyinin nümayəndələri bir neçə dəfə ölkəmizdə səfərdə olarkən, Quliyevi dopinq-testdən keçirmək üçün axtarıblar. Lakin onu yerində tapmaq mümkün olmayıb: “Bu da böyük faktdır. Biz bilmirik ki, Ramil Quliyev haradadır, harada yaşayır, harada məşq edir. Bunlar bizim üçün, Atletika Federasiyası üçün sarı vərəqə almağa bərabər xoşagəlməz haldır. İdmançımızın hazırda harada olmasını biz də bilmək istərdik. Quliyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi olsa da, dərslərə, imtahanlara gəlmir. Yəni, çoxlu suallar ortaya çıxıb. Sadəcə, bura qayıdıb Azərbaycan vətəndaşı, dünyada məşhur idmançı kimi suallara cavab vermək lazımdır”.
Qeyd edək ki, Ramil Quliyev 2009-cu il dünya çempionatında 200 metr məsafəyə qaçışda 7-ci yeri tutub. Qalib adına isə məşhur yamaykalı sprinter Useyn Bolt layiq görülüb.
Elşən MƏMMƏDOV

725