Neft-qaz xətləri Üzgüçülük Kompleksinin tikintisinə maneə yaradır
“Hazırda Üzgüçülük Federasiyasında prezident vəzifəsi boşdur. Velosiped İdmanı Federasiyasının prezidenti istefa verib. Yenicə olimpiya növləri sırasına daxil edilən Reqbi Federasiyasında hesabat-seçki konfransı keçirilməlidir. Ola bilsin, orada da yeni prezident seçiləcək. Yəni, bu gün 3 vakant yer var”. Lent.az-ın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib.
Rəhimov bu vəzifələri tutacaq şəxslərin 2011-ci ilin yanvarında məlum olacağına inam ifadə edib: “Yaxın vaxtlarda bu federasiyalarda yeni hesabat-seçki konfransı nəzərdə tutulmayıb. İnanıram ki, 2011-ci ilin yanvarında bu ictimai təşkilatların prezidentləri vəzifələri məsələsi həll olunacaq və yeni insanlar seçiləcəklər. Hazırda isə 100 faizlik heç nə deyə bilmərəm”.
Nazirin sözlərinə görə, 2011-ci ildə Abşeron, Neftçala, Ağcabədi, Saatlı, Biləsuvar və Beyləqan rayonlarında yeni olimpiya komplekslərinin tikintisi barədə təkliflər verilib. Tovuz, İmişli, Sumqayıt, Astara, Cəlilabad və Qəbələ rayonlarında isə 6 kompleks istifadəyə verilməlidir.
Rəhimov Bakıdakı Əzizbəyov metro stansiyası yaxınlığında yeri müəyyənləşən bədii gimnastika və üzgüçülük komplekslərinin tikintisi barədə də danışıb: “Hazırda Üzgüçülük kompleksi tikilməkdədir. Artıq özül yeri hazırdır. Betonlama işlərinə başlanılıb. Üzgüçülük kompleksinin isə yeri dəyişdirilə bilər. Çünki seçilən yerdən çoxlu neft və qaz kommunikasiyaları keçir. Onları köçürmək çox bahalı işdir”.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

Olimpiya məşəli alovlandırılacaq - Açıqlama
9 may 2025 , 04:47
UEFA Konfrans Liqası: “Çelsi” və “Real Betis” finala çıxdı
9 may 2025 , 02:00
225 milyon avro: “Real” iki ulduzla ayrılmağa hazırdır
8 may 2025 , 19:46
Flik “İnter”ə məğlubiyyətin səbəbkarını “cəzalandıracaq”
8 may 2025 , 17:42
"Napoli"nin baş məşqçisi klubu tərk edir
8 may 2025 , 15:23
Parisdə maşın PSJ-nin qələbəsini qeyd edən azarkeşləri əzdi - VİDEO
8 may 2025 , 12:49
Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına İKİ NAMİZƏD
8 may 2025 , 11:24