Azad Rəhimov 47 nəfəri fəxri adlarla təltif etdi
Dekabrın 22-də Gənclər və İdman Nazirliyində bədən tərbiyəsi və idmanın inkişafındakı xidmətlərinə görə fərqlənənlərin təltifetmə mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov qurumun kollegiya iclasında ümumilikdə 47 nəfərə fəxri adların verilməsi haqda qərar çıxarıldığını bildirib.
Sonra o, 12 nəfərə “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi”, 13 nəfərə “Azərbaycan Respublikasının əməkdar məşqçisi”, 1 nəfərə “Azərbaycan Respublikasının Əməkdar İdman Ustası”, 9 nəfərə “Respublika dərəcəli hakim”, 12 nəfərə isə “Azərbaycan Respublikasının İdman Ustası” fəxri adlarını təqdim edib. Təltif olunanlar arasında Azərbaycan Motosiklet İdmanı Federasiyasının prezidenti Kür Səfərəliyev (“Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi”), futbol məşqçisi İslam Kərimov (“Azərbaycan Respublikasının əməkdar məşqçisi”), boksçu Tofiq Əhmədov (“Azərbaycan Respublikasının Əməkdar İdman Ustası”), stolüstü tennis üzrə milli komandamızın baş məşqçisi Aleksandr Zudov (“Respublika dərəcəli hakim”), taekvondo üzrə Avropa çempionu Təvəkkül Bayramov, boks üzrə gənclər arasında dünya çempionu Şaban Şahpələngov (hər ikisi “Azərbaycan Respublikasının İdman Ustası”) da olub.
Rəhimov idmançı və məşqçilərə gələcəkdə daha yüksək fəxri adlara layiq görülmələrini arzulayıb, hakimlərə isə ədalətli olmağı tövsiyə edib.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

Di Mariya 18 ildən sonra “Rosario Sentral”a qayıtdı
8 iyul 2025 , 17:06
Meksikalı 16 yaşlı istedad Pele və Yamalın rekordunu qırdı
8 iyul 2025 , 15:23
"Mançester Yunayted"in futbolçusu Mbappe ilə sevişməkdə şübhəli bilinən qızla görüşür
8 iyul 2025 , 12:54
Hansı oyunçunun forması “Real”a həftədə 32 min avro qazandırır? Mbappe və ya Vinisius deyil
8 iyul 2025 , 09:39
Messi Ronaldo ilə səs-küylü görüşə hazırlaşır: danışıqlar aparılır
7 iyul 2025 , 19:20
Müller “Bavariya”dan ayrıldı, Messinin yanına gedə bilər
7 iyul 2025 , 18:50
Tarixin ən yaxşı 30 komandası: Qvardiola üç ən yaxşı klubun arxitektoru
7 iyul 2025 , 15:39