Azərbaycan çempionatında döyülən futbolçuya “Qurani Kərim” bağışladılar
“Bakı” komandasının Unibank Premyer Liqasının XVII turunda “Neftçi” ilə oyundan sonra döyülən futbolçusu İbrahim Karqboya “Qurani Kərim” bağışlayıblar. Lent.az-ın paytaxtın eyniadlı klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, müqəddəs kitabı afrikalı yarımmüdafiəçiyə “Bakı” fan-klubunun fəalları hədiyyə ediblər.
Onlar əvvəlcə komandanın məşqində iştirak ediblər. Fan-klub prezidenti Ruslan Hənifəyevin təşəbbüsü ilə Biləcəri ofisində bir araya gələn tərəfdarlar qarşıdan gələn “Bakı” - “İnter” oyunu ilə bağlı təlimatlandırılıblar. 60-a yaxın fan-klub üzvünün qatıldığı iclasın ardından tərəfdarlar “Bakı”nın təlim məşq bazasına gələrək, məşqi izləyiblər.
Məşq texniki və taktiki planda digərlərindən fərqlənməsə də, əhval-ruhiyyə baxımından fərqli olub. “Bakı” azarkeşlərinin komandanın məşqinə gəlməsi və futbolçuları dəstəkləməsi onların böyük sevincinə səbəb olub. Məşq boyu müxtəlif şüarlar səsləndirən fanatlar baş məşqçi Vinfrid Şeferin icazəsini alaraq İbrahim Karqbonu tribunaya dəvət ediblər. Onlar Karqboya müqəddəs “Qurani Kərim” hədiyyə ediblər. Azarkeşlərlə xatirə şəkli çəkdirən futbolçu diqqətə görə təşəkkür edib.
Qeyd edək ki, dekabrın 11-də “Neftçi”nin “Bakı”ya 0:2 hesabı ilə uduzduğu matçın ardından iki komanda üzvləri arasında dava düşüb. Nəticədə İbrahim Karqbo döyülərək təhqir edilib.

Oxşar yazılar

Yurgen Klopp tarixin ən yaxşı məşqçisinin adını AÇIQLADI
1 iyul 2025 , 19:33
“Liverpul”un hücumçu üçün üç namizədi AÇIQLANDI
1 iyul 2025 , 18:54
İnsanabənzər robotların iştirak etdiyi ilk futbol turniri - VİDEO
1 iyul 2025 , 17:42
Sağalıb, bu axşam oynaya bilər
1 iyul 2025 , 16:28
Xabi Alonso yeni Modriçi tapdı
1 iyul 2025 , 14:39
Premyer Liqada futbolçu satışından ən çox pul qazanan hansı komandadır?
1 iyul 2025 , 12:39
"İnter" “Fluminense”yə məğlub oldu
1 iyul 2025 , 01:31