Futbolçulara mükafat, Lent.az-a təşəkkürnamə
Lent.az-ın məlumatına görə, Zohair Benuahi (AZAL) və Samir Əliyevin (“Simurq”) təltif olunduğu tədbir həm də 2010-cu ildə sonuncu olub.
Buna görə də Unibank və Peşəkar Futbol Liqası (PFL) jurnalistləri və səbəbkarları ofisə yox, Gürcüstan mətbəxinin təamlarının təqdim olunduğu “Pirosmani” restoranına dəvət edib. Tədbirdə çıxış edən PFL-in prezidenti Ramin Musayev çempionatın arxada qalan 19 turu ərzində kifayət qədər maraqlı görüşlərin olduğunu bildirib. O, xüsusən XIX turda keçirilmiş “Xəzər Lənkəran” – “Qarabağ” matçını vurğulayıb.
Ardından futbolçulara Unibank Kommersiya Bankından 1111 manat pul mükafatı və PFL-in hədiyyəsi təqdim olunub. Noyabrın ən yaxşı futbolçusu sayılan Zohair Benuahi ona səs verən media nümayəndələrinə, klubların baş məşqçi və kapitanlarına minnətdarlıq edib. 23 yaşlı mərakeşli yarımmüdafiəçi noyabrın ən yaxşı futbolçusu seçilməsindən çox məmnun olduğunu açıqlayıb: “Klub rəhbərliyinə və bütün komandamıza dəstəyə görə təşəkkür edirəm. Çalışacağam ki, gələn il daha da yaxşı nəticə göstərim və ilin futbolçusu seçilim. Azərbaycan çempionatı bu il daha da inkişaf edib, artıq çempionatda zəif komanda qalmayıb. Hər bir komanda qalib gəlmək üçün sonadək mübarizə aparır. Ümid edirəm ki, mənim çıxış etdiyim AZAL komandası da ilk “6-lığ”a vəsiqə qazanaraq mövsümü mükafatçılar sırasında başa vuracaq”.
Dekabrın ən yaxşısı sayılan 31 yaşlı hücumçu Samir Əliyev isə əvvəlcə hamını qarşıdan gələn bayramlar münasibətilə təbrik edib: “Bu cür tədbirə görə Unibank və PFL rəhbərliyinə minnətdarlığımı bildirirəm. Sevindirici haldır ki, “Simurq” klubunda çıxış edərək dekabr ayının ən yaxşı futbolçusu seçildim. Mənə səs verən hər kəsə minnətdarlığımı bildirirəm”.
AZAL-ın baş məşqçisi Nazim Süleymanov öz komandasının oyunçusunun ayın futbolçusu seçilməsini qürurverici hal sayıb: “Hər ay Premyer Liqanın ən yaxşı oyunçusunu seçdikləri üçün Unibank və PFL rəhbərliyinə təşəkkürümü bildirirəm. Bu, futbolçular üçün meydanda daha da gözəl oyun göstərmələri üçün əlavə stimuldur. Sevindirici haldır ki, noyabr ayının ən yaxşı oyunçusu AZAL klubunun futbolçusu Zohair Benuahi seçilib. Bu, qürurverici haldır, bütün komandamızın sevincidir”.
O, fürsətdən istifadə edərək, Samir Əliyevi dekabrın ən yaxşı oyunçusu seçilməsi münasibəti ilə təbrik edib: “Fikrimcə, Samir hələ öz sözünü deməyib, daha da yaxşı çıxış edəcəyinə inanıram”.
“Simurq”un icraçı direktoru Vaqif Əliyev isə Samir Əliyevin əlavə tərifə ehtiyacının olmadığını deyib: “Belə gözəl tədbirə görə Unibank və PFL rəhbərliyinə təşəkkürümü bildirirəm. “Simurq” Premyer Liqada autsayder olsa da, Samir Əliyevin dekabrın ən yaxşı oyunçusu seçilməsi obyektivdir. Samir Əliyevin əlavə tərifə ehtiyacı yoxdur. O, peşəkar futbolçudur, davranışları, oyunu ilə gənclərə örnəkdir”.
Tədbirin sonunda Unibank Premyer Liqasını işıqlandırdıqları üçün bir sıra mətbu orqanlara hədiyyələr və təşəkkürnamə təqdim edilib. Onların arasında Lent.az saytı da olub.
Elşən MƏMMƏDOV

868