Blatter “mavi”lərdən üzr istədi
17 dekabr 2010 16:26 (UTC +04:00)

Blatter “mavi”lərdən üzr istədi

FİFA prezidenti dünya çempionatının qışda keçirilmə ideyasını dəstəklədi

FİFA prezidenti Yozef Blatter 2022-ci ildə Qətərdə təşkil olunacaq dünya çempionatının qışda keçirilməsi ideyasını tam dəstəkləyib. Lent.az-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, Blatter bu addımın bir çox problemlərin həllinə kömək edəcəyini bildirib.

Onun fikrincə, əsas problemlərdən biri Yaxın Şərq ölkəsində yayda havaların çox isti olmasıdır: “Mən ilk növbədə, azarkeş marağından çıxış edirəm. Qızmar günəş şüaları altında oynamaq da o qədər xoş məşğuliyyət deyil. Bu, günvurma təhlükəsini də artırır. Ona görə də 2022-ci il dünya çempionatının qışda keçirilməsi ideyasını tam dəstəkləyirəm”.

Blatter həmçinin “mavi”lərdən də üzr istəyib. O, əvvəllər bildirib ki, dünya çempionatı vaxtı Qətərə gəlmək istəyən seksual azlıqlar istənilən seksual fəaliyyətdən çəkinməlidirlər. Çünki həmin ölkədə homoseksualizm qadağan edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 459

Oxşar yazılar