Sadıqov Türkiyədə mükafatlandırıldı
Dekabrın 21-də İstanbul Ceylan Beynəlxalq Mərkəzində Türkiyənin ən böyük informasiya agentliklərindən olan “Spor Ajans”ın “İlin idman adamları” beynəlxalq mükafatlandırma mərasimi keçirilib.
Lent.az-ın məlumatına görə, AFFA-nın prezidenti Rövnəq Abdullayev “Şərəf mükafatı”na, “Neftçi”nin prezidenti Sadıq Sadıqov isə “Avropada ilin klub prezidenti” mükafatına layiq görülüb.
Tədbirdə “Bursaspor” futbol klubunun prezidenti İbrahim Yazıcı, baş məşqçisi Ərtoğrul Sağlam, İstanbul şəhərinin meri Kadir Topbaş, Bursa, Kayseri və Ceylanın bələdiyyə başçıları, İran Futbol Federasiyasının prezidenti Əli Kafaşian, məşhur basketbolçu Allen Ayverson, tanınmış futbolçular – hollandiyalı Pyer Van Hoydonk, Oktay Dərəlioğlu, Ogün Temizkanoğlu, eləcə də Türkiyənin tanınmış idman yazarları, jurnalistləri iştirak ediblər. “Spor Ajans” informasiya agentliyinin qərarına əsasən, verilən hər iki mükafatı Sadıq Sadıqova Ərtoğrul Sağlam təqdim edib.
Qeyd edək ki, LİG TV-nin lentə aldığı "I Uluslararası Spor Ajans Spor Adamları Ödül Gecəsi"ndə "Neftçi"nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Əşrəfoğlu və məşqçi-seleksiyaçı Yusuf Uncular da iştirak ediblər.

Oxşar yazılar

"Çelsi"nin hücumçularından biri komandadan ayrılacaq
6 may 2025 , 10:14
PSJ “Real”ın hücumçusu ilə maraqlanır
5 may 2025 , 22:04
"Liverpul"un ulduzu klubdan ayrılacağını AÇIQLADI
5 may 2025 , 19:20Tomas Müller karyerasında 35-ci kubokunu qazandı
5 may 2025 , 18:15
Harri Keyn karyerasının ilk kubokunu 31 yaşında qazandı
5 may 2025 , 16:23
Komandası çempion oldu, baş məşqçi sevinmədi
5 may 2025 , 14:11
Klopp “Real”ın təklifindəm imtinaya görə peşman olub
5 may 2025 , 11:28