Berti Foqts Dubaya aparacağı heyəti açıqladı
22 dekabr 2010 16:01 (UTC +04:00)

Berti Foqts Dubaya aparacağı heyəti açıqladı

2011-ci il yanvarın 27-dən fevralın 10-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışı və yoldaşlıq oyunları keçirəcək futbol üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb.


Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığmamızın baş məşqçisi Berti Foqts 27 əsas, 7 ehtiyat oyunçuya dəvət göndərib.


Qapıçılar: Kamran Ağayev (“Xəzər Lənkəran”), Aqil Məmmədov (“Bakı”), Andrey Popoviç (“Abşeron”)

Müdafiəçilər: Rəşad Sadıqov (“Eskişehirspor”, Türkiyə), Saşa Yunisoğlu (“Qəbələ”), Volodimir Levin (“İnter”), Vurğun Hüseynov (“Turan”), Rail Məlikov (“Neftçi”), Maksim Medvedev (“Qarabağ”), Elnur Allahverdiyev (“Xəzər Lənkəran”), Ruslan Abışov (“Neftçi”)

Yarımmüdafiəçilər: Samir Abasov (“Qarabağ”), Əziz Quliyev (“Bakı”), Samir Zərgərov (“Gəncə”), Amit Quluzadə (“Neftçi”), Rahid Əmirquliyev (“Xəzər Lənkəran”), Aleksandr Çertoqanov (“İnter”), Cavid Hüseynov (“Neftçi”), Fabio Luis Ramin (“Bakı”), Mahir Şükürov (“Anji”, Rusiya), Elnur Abdullayev (“Muğan”), Elvin Məmmədov (“Qarabağ”)

Hücumçular: Arif İsayev (“Qəbələ”), Vüqar Nadirov (“Qarabağ”), Rauf Əliyev (“Qarabağ”), Vaqif Cavadov (“Bakı”), Murad Hüseynov (klubsuz).

Ehtiyat heyət:

Qapıçılar: Fərhad Vəliyev (“Qarabağ”), Səlahət Ağayev (“İnter”)

Müdafiəçilər: Aqil Nəbiyev (AZAL), Ruslan Əmircanov (“Neftçi”), Arif Daşdəmirov (“İnter”)

Yarımmüdafiəçilər: Emin Cəfərquliyev (“Bakı”), Cavid İmamverdiyev (“Neftçi”).

Qeyd edək ki, millimiz fevralın 9-da Macarıstanla yoldaşlıq görüşü keçirəcək. Bundan öncə isə Danimarka ilə də oyunun təşkili barədə ilkin razılıq əldə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 524

Oxşar yazılar