Rauf Əliyev “Xəzər Lənkəran”ı “taxtdan saldı”
23 dekabr 2010 16:12 (UTC +04:00)

Rauf Əliyev “Xəzər Lənkəran”ı “taxtdan saldı”

Futbol üzrə Unibank Premyer Liqasında XIX turunda lider dəyişikliyi baş verib. Lent.az-ın məlumatına görə “Xəzər Lənkəran” öz meydanında “Qarabağ”a 1:2 hesabı ilə məğlub olub. Ağdam təmsilçisinin heyətində Rauf Əliyev birinci və ikini hissədə vurduğu iki qolla liderin xal qazanmasına imkan verməyib.

Son turadək “Xəzər Lənkəran”dan 1 xal geri qalan “Neftçi” isə Bakıda “Turan”I məğlub edərək birinci pilləyə yüksəlib.

Bu tur həm də “Azal”ın “Muğan”a məğlubiyyəti və “İnter”in öz meydanında “Gəncə”ni çətinliklə məğlub etməsi ilə də yadda qalıb

“Qəbələ” - “Bakı” - 0:1
Qol: Jaba, 51

“Muğan” - AZAL - 3:1
QOLLAR: Elşən Məmmədov, 27; 61; Ekrem Hodziç, 70 - Vüsal Qarayev, 8

“Simurq” - MOİK - 1:1
QOLLAR: Samir Əliyev , 75 - Orxan Babayev, 80

“Neftçi” - “Turan” - 2:0
QOLLAR: Rəşad Abdullayev, 16; Emin Mpenza, 35

“İnter” - “Gəncə” - 1:0
QOL: İlya Kandelaki, 88

“Xəzər Lənkəran” - “Qarabağ” - 1:2
QOLLAR: Alim Qurbanov, 15 - Rauf Əliyev, 4, 75
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 480

Oxşar yazılar