Azad Rəhimov və Çingiz Hüseynzadə 2010-cu ili dəyərləndirdilər
“2010-cu ildə ötən ilə nəzərən daha çox medal qazanılıb, daha çox nailiyyət əldə olunub”. Lent.az-ın məlumatına görə, bu fikirləri gənclər və idman naziri Azad Rəhimov “Buta Palace”da keçirilən “İdman Nailiyyətləri 2010” adlı mərasimdə deyib.
Rəhimovun sözlərinə görə, bu il ərzində beynəlxalq yarışlarda idmançılarımız 675 medal qazanıblar ki, bu da ötən ilkindən 56 medal çoxdur. Eyni zamanda Sinqapurda keçirilmiş Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında 12 idmançımızdan 8-i 5 qızıl, 3 gümüş medal qazanıblar. Bu nəticə ilə ölkəmiz 205 ölkə arasında 11-ci yeri tutub.
Nazir bildirib ki, Azərbaycanda keçirilmiş 400-dən çox yarışın 50-si beynəlxalq xarakterli olub. Onların arasında daha nüfuzluları qılıncoynatma üzrə yeniyetmə və gənclər arasında Avropa çempionatı, cüdo üzrə gənclər arasında Avropa Kuboku, boks üzrə gənclər arasında dünya birinciliyi, sərbəst və yunan-Roma güləşi üzrə Avropa çempionatı, bodibildinq üzrə dünya çempionatı, kikboksinq üzrə Avropa çempionatı xüsusi vurğulanmalıdır.
Olimpiya Komplekslərinin tikintisinin də davam etdiyini bildirən Rəhimov bütün nailiyyətlərin ölkə rəhbərliyi səviyyəsində idmana sevgi və diqqət nəticəsində mümkün olduğunu qeyd edib.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə isə bu tədbirə alnıaçıq, fərəhlə toplaşdıqlarını söyləyib: “Sinqapur olimpiadasındakı nəticələr həqiqətən fantastik idi. 2000-ci il Sidney Yay Olimpiya Oyunlarında Namiq Abdullayev, Zemfira Meftahəddinova və Vüqar Ələkbərov medallar qazanarkən, onların SSRİ idman məktəbinin yetirmələri olduqlarını deyirdilər. Amma Sinqapur olimpiadasında medal qazananların hamısı müstəqillik illərində doğulanlardırlar”.
Hüseynzadənin sözlərinə görə, Avropa Olimpiya Komitəsinin dərc etdiyi siyahıda Azərbaycan Avropa və dünya çempionatlarındakı nəticələrinə əsasən, ilk 20-likdə yer alıb.
MOK rəsmisi 2011-ci ilin daha uğurlu olacağına inam ifadə edib: “İndidən 2012-ci il London Yay Olimpiya Oyunlarına hazırlaşırıq”.
Hər iki idman rəsmisi qarşıdan gələn bayramlar münasibətilə hamını təbrik ediblər.

Oxşar yazılar

Deşam Mbappenin Fransa millisinə qayıtdığını elan etdi
14 fevral 2025 , 15:39
Oyun zamanı zədələnən futbolçuya ölüm diaqnozu qoyuldu
14 fevral 2025 , 12:27
Neymar “Barselona”ya qayıtmaq istəyir
14 fevral 2025 , 09:35
“Adana Dəmrispor”un cəzası bəlli oldu: 3 xalı silinəcək
14 fevral 2025 , 01:35
Premyer Liqaya damğasını vuran qırmızı vərəqə
13 fevral 2025 , 18:03
2024-cü ildə ən çox qazanan 3 İDMANÇI
13 fevral 2025 , 14:45
İngiltərə nəhəngi iflas olur: daha 200 nəfər işdən çıxarılacaq
13 fevral 2025 , 12:55