2010-cu ilin ən yaxşı idmançıları məlum oldu – SİYAHI - EKSKLÜZİV
23 dekabr 2010 15:14 (UTC +04:00)

2010-cu ilin ən yaxşı idmançıları məlum oldu – SİYAHI - EKSKLÜZİV

1. Həsən Əliyev (yunan-Roma güləşi üzrə dünya və Avropa çempionu)
2. Xetaq Qazyumov (sərbəst güləş üzrə dünya və Avropa çempionu)
3. Elxan Məmmədov (cüdo üzrə dünya və Avropa çempionatlarının bürünc mükafatçısı)
4. Sergey Bezuqlıy – Maksim Prokopenko (kanoe qayıqlarında avarçəkmə üzrə Avropa çempionu, dünya və Avropa çempionatlarının gümüş mükafatçısı)
5. Aliyə Qarayeva (bədii gimnastika üzrə dünya və Avropa çempionatlarının bürünc mükafatçısı)
6. Təvəkkül Bayramov (taekvondo üzrə Avropa çempionu)
7. Elvin Məmişzadə (boks üzrə Avropa çempionatının gümüş mükafatçısı)
8. Nicat Rəhimov (ağırlıqqaldırma üzrə yeniyetmələr arasında olimpiya çempionu)
9. Rafael Ağayev (karate üzrə dünya və Avropa çempionu)
10. Pərviz Abdullayev (kikboksinq üzrə WAKO-Pro versiyasında dünya çempionu)

Qeyd edək ki, idmançılar saat 16:00-da “Buta Palace”da keçirilən “İdman nailiyyətləri-2010” adlı təntənəli mərasimdə mükafatlandırılacaqlar.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1157

Oxşar yazılar