Dünya çempionatının iştirakçısı Azərbaycan çempionatında uduzdu – FOTO
23 dekabr 2010 16:06 (UTC +04:00)

Dünya çempionatının iştirakçısı Azərbaycan çempionatında uduzdu – FOTO

Bakı İdman Sarayında boks üzrə Azərbaycan çempionatı davam edir. Azərbaycan Boks Federasiyasından Lent.az-a verilən məlumata görə, yarışın ikinci günündə də müxtəlif çəki dərəcələrində ilkin mərhələnin görüşləri keçirilib.

Qələbəyə namizədlərdən yalnız 2009-cu ildə İtaliyanın Milan şəhərində keçirilmiş dünya çempionatının iştirakçısı Nihat Seyidov (56 kq) mübarizəni dayandırıb. O, Elnur Əliyevə 1:9 hesabı ilə uduzaraq, yarışdan kənarda qalıb. Digər favoritlərdən Samir Məmmədov (56 kq), Elvin İsayev (60 kq), Ruslan Qasımov (60 kq), Heybətulla Hacəliyev (60 kq), İmil İksanov (60 kq), Əhməd Dzaurov (64 kq), Sadiq Eynullayev (69 kq), Rahib Bəylərov (75 kq), Teymur Məmmədov (91 kq) və Hafiz İsgəndərov (91 kq) .görüşlərini qələbə ilə başa vurublar. WSB liqasında “Baku Fires”in heyətində mübarizə aparan Rəhim Nəcəfov (56 kq) isə mübarizəsiz növbəti mərhələyə yüksəlib. Onun rəqibi Masallı boksçusu Saleh Şəmiyev rinqə çıxmaqdan imtina edib.

Qeyd edək ki, Azərbaycan çempionatına dekabrın 26-da yekun vurulacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 337

Oxşar yazılar