Unibank Premyer Liqası: “Bakı” vacib qələbə qazandı
23 dekabr 2010 11:49 (UTC +04:00)

Unibank Premyer Liqası: “Bakı” vacib qələbə qazandı

Futbol üzrə Unibank Premyer Liqasında XIX turun 2 oyunu başa çatıb. Lent.az-ın məlumatına görə, ilk “6-lıq”da yer alan AZAL və “Qəbələ” qış fasiləsinə məğlubiyyətlə yollanıb.


AZAL indiyədək yalnız “Neftçi”nin qalib gələ bildiyi Salyan Olimpiya Kompleksinin stadionunda “Muğan”a yenilib – 1:3. Lakin bu nəticə komandaların turnir cədvəlindəki mövqelərinə təsir etməyib. AZAL 34 xalla 3-cü, “Muğan” 20 xalla 9-cu pillədə qalıb.


“Qəbələ” isə 13 turdan sonra ilk məğlubiyyətini “Bakı”dan alıb. Paytaxtın eyniadlı komandası ilk “6-lığ”a vəsiqə üçün son şansı kimi yanaşdığı bu oyundan minimal hesablı qələbə ilə ayrılıb. Yeganə topu gözəl zərbə ilə Jaba vurub. “Bakı” xallarının sayını 28-ə çatdırsa da, 7-ci pillədən qurtula bilməyib. 30 xala malik “Qəbələ” isə “Qarabağ”la birgə 5-6-cı yerləri bölüşdürür. Lakin Ağdam komandası saat 17:00-da lider “Xəzər Lənkəran”la səfər oyununa çıxacaq.


“Muğan” (Salyan) – AZAL (Bakı) – 3:1
Elşən Məmmədov, 27; 61. Ekrem Hodziç, 70 - Vüsal Qarayev, 8

“Qəbələ” – “Bakı” – 0:1
Jaba, 51

Hazırda Zaqatala Olimpiya Kompleksinin stadionunda “Simurq” - MOİK, Tofiq Bəhramov adına Respublika stadionda “Neftçi” (Bakı) - “Turan” (Tovuz) oyunları keçirilir.

Qalan oyunların proqramı:



16:00. “İnter” (Bakı) - “Gəncə”
Hakimlər: Ramil Diniyev, Samir Hacıyev, Elman Musayev, Əmrah İbrahimov
“Şəfa” stadionu

17:00. “Xəzər Lənkəran” - “Qarabağ” (Ağdam)
Hakimlər: Rövşən Əhmədov, Munis Abdullayev, Azər Əsgərov, Vüsal Əliyev
Lənkəran şəhər mərkəzi stadionu.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 440

Oxşar yazılar