Sadıq Sadıqov: “İki braziliyalı yarımmüdafiəçi “Neftçi”yə gətirmək fikrindəyik” – MÜSAHİBƏ
- “Neftçi”nin son turun nəticələrinə əsasən liderliyə yüksəlişi Sizin üçün nə dərəcədə gözlənilməz oldu?
- Bu tur, ümumiyyətlə, gözlənilməz nəticələrlə yadda qaldı. “Xəzər Lənkəran” öz meydançasında “Qarabağ”a uduzdu. “İnter” “Gəncə”yə son dəqiqələrdə vurulan qolla qalib gəldi. AZAL “Muğan”a, “Qəbələ” isə 13 turdan sonra “Bakı”ya yenildi. “Bakı” doğrudan da layiqli qələbə qazandı. Bununla da paytaxtın eyniadlı komandasının ilk “6-lığ”a düşmə şansları artdı. Bu münasibətlə klub prezidenti Hafiz Məmmədovu təbrik edirəm.
- Dekabrın 23-də isə Sizi “Neftçi” İSM-in idman cəmiyyətləri nominasiyasında I yeri tutması münasibətilə təbrik etdilər...
- “Neftçi” İSM ardıcıl 4-cü ildir ki, ilin idman cəmiyyəti nominasiyasında birinci yeri tutur, fəaliyyətimizi dəyərləndirirlər. Bizim işimiz bu idman mərkəzini daim yüksəklərdə tutmaqdan ibarətdir. Bu, təkcə mənim yox, cəmiyyətimizin üzvü olan idmançıların, bütün kollektivin uğurudur. Bu uğuru qoruyub saxlamaq üçün gələcəkdə də əlimizdən gələni edəcəyik. Uğur qazanmaq asan, qorumaq isə çətindir. Söz verirəm ki, bundan ötrü lazımi işlər görüləcək.
- Bəs “Neftçi”nin qış çempionluğu haqda hansı fikirdəsiniz?
- Ötən il elə bu vaxt jurnalistlərlə söhbət zamanı demişdim ki, “Neftçi”nin flaqman adını özünə qaytarmağa və bir ailə kimi formalaşdırmağa çalışacağıq. Demək olar ki, bu işin öhdəsindən gələ bilmişəm. Komanda məni bir prezident kimi qəbul elədi. İndiyədək baş verən dəyişikliklər göz qabağındadır. Ötən ilki ilə indikini müqayisə edəndə çox böyük fərqin olduğu görünür. “Neftçi” yeni yığılan bir komandadır. Həm yerlilər, həm də legionerlərin əksəriyyətini biz dəvət etmişik. Hesab edirəm ki, bu günkü nəticələrimiz qənaətbəxşdir. Heç kimdən möhlət istəməmişik. Uğurlarımızı davam etdirməkdəyik. Həm kuboka, həm də çempionluğa iddialıyıq.
- “Neftçi”nin öz stadionu olacaqmı?
- Bu məsələ öz həllini tapıb. Ötən mövsüm “Neftçi” ev oyunlarını İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirirdi. Lakin bu mövsüm oyunlarımızı Tofiq Bəhramov adına Respublika stadionuna saldıq. Bakıxanov qəsəbə stadionunda yüksək səviyyəli infrastruktur qurulacaq. Artıq bunun razılığı alınıb. Yaxın günlərdə işə başlanılacaq.
- Konkret, hansı işlərin görülməsi nəzərdə tutulub?
- Tamaşaçı yerlərinin sayı artırılacaq, otel tikiləcək. Bir sözlə, kluba aid hansı infrastruktur lazımdırsa, stadion ərazisində o da yaradılacaq.
- Bəs Dövlət Neft Şirkətinin hesabına böyük stadionun tikintisinə nə vaxt başlanılacaq?
- Belə bir stadionun tikintisi gündəmdədir. Ola bilsin ki, arena hazır olduqdan sonra “Neftçi” İSM-in balansına verilsin. Hələlik bu məsələ həllini tapmayıb. Tikilib qurtardıqdan sonra bilərik. Eşitdiyimə görə, stadionun layihəsi hazırdır, bu yaxınlarda tikintisinə başlanılacaq.
- Komandanı gücləndirmək yönündə hansı tədbirləri görəcəksiniz?
- Qış transfer dövründə 2 legioner gətirmək fikrindəyik. Hazırda onlarla danışıqlar aparırıq. Hər 2-si Braziliya A seriyasında çıxış edir. İnşallah, 2011-ci il yanvarın 10-dək onlarla bağlı geniş açıqlama verəcəyik. Jurnalistlərdən gizlin heç bir işimiz yoxdur. Danışıqlar başa çatdıqdan sonra mətbuatı bu barədə məlumatlandıracağıq.
- Hansı mövqelərdə çıxış edirlər?
- Hər 2-si orta xətt oyunçusudur. Biri cinah, digəri isə dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edir.
- Bəs qapıçı problemini necə həll etmək fikrindəsiniz?
- Gördüyünüz kimi, Rauf Mehdiyev özünü doğruldur. Litvalı Paulius Qribauskasla isə mövsümün sonunadək müqaviləmiz mövcuddur. Sadəcə, hazırda onun ayağında zədə var. Mənə elə gəlir ki, “6-lıq” oyunlarında o, komandamıza kömək edə biləcək. Əlavə legioner qapıçı gətirməyin mənası yoxdur.
- “Rubin” nümayəndələri nə vaxt Bakıya gəlməlidir?
- “Rubin”lə anlaşmamız vardı. Gənc futbolçularımızdan Amit Quluzadə ilə Eşqin Quliyevin oyunlarından videodiski Rusiya klubuna göndərmişdik. Onlar da oyunçularımızı bəyənmişdilər. Amma Çempionlar Liqasının qrup mərhələsində iştirak etdiyi üçün “Rubin” nümayəndələrinin Bakıya gəlişində problem oldu. Amma yaxın vaxtlarda gəlməlidirlər. Həm komandamızda icarə əsasında çıxış edən Bahodir Nasimov, həm də futbolçularımızın ora gedişi barədə müzakirələr aparacağıq. İstəyirik ki, iki oyunçumuzu “Rubin”ə göndərək, əvəzedici heyətdə də olsa, təcrübə toplasınlar və Azərbaycan futbolunun inkişafına töhfə versinlər.

932