“Bakı”nın futbolçusu: “Bizim üçün “İnter”lə MOİK arasında fərq yoxdur”
16 dekabr 2010 11:43 (UTC +04:00)

“Bakı”nın futbolçusu: “Bizim üçün “İnter”lə MOİK arasında fərq yoxdur”

Rəqibə qol vəziyyətləri yaratmaq üçün, demək olar ki, heç bir şans vermədik. Yaxşı oynayıb, layiqli qələbə qazandıq. Hamı meydanda can qoydu. Heç kimə bu oyuna etinasız yanaşmadı”. Lent.az-ın məlumatına görə, bu fikirləri “Bakı”nın futbolçusu Vadim Borets klubun rəsmi saytına açıqlamasında deyib.

Onun fikrincə, Unibank Premyer Liqasının XVIII turunda “İnter”lə keçirəcəkləri növbəti oyun daha da məsuliyyətlidir. “Bakı”nın indiyədək çoxlu xal itirdiyini xatırladan moldovalı yarımmüdafiəçi bundan sonra bütün oyunlarda qələbə qazanmalı olduqlarını vurğulayıb: “Bizim üçün “İnter” və ya MOİK-ə qarşı oyunlar arasında heç bir fərq yoxdur. Bizə bütün oyunlarda qələbə lazımdır. Əsas məqsədimiz xal qazanmaqdır. Çalışacağıq ki, “İnter”ə qarşı yaxşı oyun göstərib, qələbə qazanaq. “İnter” güclü rəqibdir, maraqlı oyun olacaq”.

Qeyd edək ki, dekabrın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Bakı” – “İnter” matçı saat 16:30-da başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 523

Oxşar yazılar