Klublararası dünya çempionatının finalçıları müəyyənləşdi
16 dekabr 2010 10:26 (UTC +04:00)

Klublararası dünya çempionatının finalçıları müəyyənləşdi

Lent.az-ın məlumatına görə, dekabrın 18-də keçiriləcək həlledici qarşılaşmada İtaliyanın “İnter” və Konqonun “Mazembe” komandaları üz-üzə gələcəklər.

İlk yarımfinal qarşılaşmasında “Mazembe” Braziliya “İnternasyonal”ını 2:0 hesabı ilə yenib. Bununla da Afrika təmsilçisi klublararası dünya çempionatları tarixində ilk dəfə finala yüksəlib. İkinci yarımfinalda isə “İnter” Cənubi Koreya “Sonnam”ını darmadağın edib - 3:0. Hesabı 3-cü dəqiqədə Deyan Stankoviç açıb. 32-ci dəqiqədə Xavyer Zanetti ikinci qolu vurub. Oyunda son nöqtəni isə 73-cü dəqiqədə Dieqo Milito qoyub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 592

Oxşar yazılar