“Qələbə bizə hava-su kimi lazımdır”
15 dekabr 2010 23:05 (UTC +04:00)

“Qələbə bizə hava-su kimi lazımdır”

Lent.az-ın məlumatına görə, flaqmanın kapitanı klubun rəsmi saytına müsahibəsində rəqibin evdə yaxşı oynadığını bildirib.


Onun fikrincə, “Gəncə”nin “Xəzər Lənkəran” və “İnter” kimi komandaları xalsız yola salması bunun əyani sübutudur. Lakin Məlikov Gəncəyə qələbə üçün yollanacaqlarını açıqlayıb: “Son oyunda “Bakı”ya məğlub olduğumuzdan, Gəncədə 3 xal qazanmaq bizə hava-su kimi lazımdır. Gəncəyə qələbə üçün gedirik və çalışıb onu əldə edəcəyik”.

Qeyd edək ki, dekabrın 18-də keçiriləcək “Gəncə” – “Neftçi” oyunu saat 14:00-da başlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 524

Oxşar yazılar