Xalidu Sissoko: “Liderlik mənim qanımdadır” – FOTO
Lent.az-ın məlumatına görə, bu fikirləri “Bakı”nın qapıçısı Xalidu Sissoko futbol klubunun rəsmi saytına açıqlamasında deyib.
Seneqallı qolkiper zədə səbəbindən bir müddət yaşıl meydanlardan kənarda qalıb. Onun qayıdışı isə uğurlu alınıb. Sissoko son 2 oyunda çərçivədəki yerini inamla qoruyur. İlk qarşılaşmada “Bakı” “Muğan”ı penaltilər seriyasında kubok mübarizəsindən kənarlaşdırıb. İkinci görüşdə isə paytaxtın eyniadlı klubu “Neftçi”yə qalib gəlib – 2:0.
Sissoko bildirib ki, bu qarşılaşmalarda meydançaya əsas heyətdə çıxması onda özünəinam hissini artırıb. Onun fikrincə, “Neftçi” ilə oyun “Bakı” üçün yeni mərhələnin başlanğıcıdır. 32 yaşlı oyunçu dekabrın 18-də “İnter”lə keçirəcəkləri oyuna da qələbə üçün çıxacaqlarını söyləyib: “Bu həftə daha bir iddialı klub olan “İnter”lə qarşılaşacağıq. “Neftçi” ilə matçda olduğu kimi oynasaq, mütləq qalib gələcəyik. Hazırda əsas məqsədimiz ilk “6-liğ”a düşməkdir”.
Afrikalı qolkiper liderlik keyfiyyətlərindən də danışıb: “Liderlik mənim qanımdadır. Meydanda olduğum zaman oyunu öz üzərimə götürməyi xoşlayıram”.
Qeyd edək ki, “Bakı”nın baş məşqçisi Vinfrid Şefer əsas heyətdə bir qayda olaraq, xorvatiyalı qapıçı Marko Şarliyaya üstünlük verir. Lakin Şarliya XVI turda “Simurq”la qarşılaşmada zədələndiyindən, qapıya Xalidu Sissoko keçib.

815