Arif Əsədov: “Gəncə”ni yenə məğlub edəcəyik”
Çalışacağıq ki, liderliyi yenidən qaytaraq”. Lent.az-ın məlumatına görə, bu fikirləri “Neftçi”nin baş məşqçisi Arif Əsədov futbol klubunun rəsmi saytına açıqlamasında deyib.
Əsədov bildirib ki, Unibank Premyer Liqasında ilin sonunadək qalan 2 qarşılaşmada qələbə qazanmalıdırlar. “Neftçi” XVIII turda səfərdə “Gəncə” ilə üz-üzə gələcək. Flaqmanın baş məşqçisinin fikrincə, Gəncədəki görüşlər həmişə çətin keçir. 40 yaşlı mütəxəssis buna Azərbaycan Kubokunun 1/8 final mərhələsində məhz “Gəncə” ilə oyunda bir daha əmin olub. Həmin görüş “Neftçi”nin 3:1 hesablı qələbəsi ilə nəticələnib. Əsədov yenə də qalib gəlməyi hədəflədiklərini açıqlayıb: “Əsas məqsədimiz qələbə qazanmaqdır. Düzdür, zədəli futbolçularımız var. Bununla belə, komanda oyuna yüksək əhval-ruhiyyədə hazırlaşır. İnanıram ki, “Gəncə”ni kubok oyununda olduğu kimi, bu dəfə də məğlub edəcəyik”.
Qeyd edək ki, dekabrın 18-də keçiriləcək “Gəncə” – “Neftçi” matçı saat 14:00-da başlanacaq.

Oxşar yazılar

Mbappe və Kriştiano “Qızıl top”a əsas namizəd haqqında eyni fikirdədirlər
9 iyul 2025 , 18:21
Karlo Ançelottinin oğlu karyerasında ilk dəfə baş məşqçi oldu
9 iyul 2025 , 17:10
Boksçu döyüşdə uduzduqdan bir neçə saat sonra öldü
9 iyul 2025 , 14:15
"Real"ın təyyarəsi saatlarla aeroporta enə bilmədi
9 iyul 2025 , 10:58
Hələ avqust ayı deyil, klublar artıq yüz milyonlar xərcləyirlər: Transfer bazarına kim rəhbərlik edir?
9 iyul 2025 , 09:39
Çelsi finala çıxdı
9 iyul 2025 , 05:16
“Qalatasaray”da ayrılıq
8 iyul 2025 , 23:32