Azərbaycan millisi 2010-cu ili 98-ci pillədə başa vurdu
Lent.az-ın məlumatına görə, Azərbaycan milli komandası ötən ayla müqayisədə 8 pillə geriləsə də, ili ilk “100-lük”də başa vurmağa müvəffəq olub.
Hazırda 343 xala malik millimiz 98-ci pillədə qərarlaşıb. Lakin bu, Zaqafqaziya respublikaları arasında ən aşağı göstəricidir. 1 pillə geriləyən Ermənistan 515 xalla 60-cı, 5 pillə irəliləyən Gürcüstan isə 449 xalla 73-cüdür.
2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsində yığmamızın rəqiblərindən Almaniya 3-cü pilləyə yüksəlib. Hazırda 1485 xala malik Bundestim 1 pillə irəliləyib. 2 pillə geriləyən Türkiyə 741 xalla 31-ci, 3 pillə irəliləyən Avstriya 569 xalla 46-cı, 5 pillə irəliləyən Belçika 526 xalla 57-ci, 1 pillə geriləyən Qazaxıstan isə 138-cidir.
Siyahıya isə 1887 xalla yenə dünya və Avropa çempionu İspaniya başçılıq edir. Dünya çempionatının gümüş mükafatçısı Hollandiya 1723 xalla 2-ci pillədə qalıb. 5 qat dünya çempionu Braziliya 1 pillə geriləyib. Hazırda pentakampeonlar 1446 xalla 4-cü pillədə qərarlaşıblar. Sonrakı 4 pillədə olan Argentina (1338), İngiltərə (1195), Uruqvay (1152) və Portuqaliyanın (1090) mövqeyi dəyişməyib. Misirlə Xorvatiya isə yerlərini dəyişiblər. 1078 xala malik Misir 9-cu pilləyə yüksəldiyi halda 1075 xalı olan Xorvatiya 10-cu pilləyə enib.
Qeyd edək ki, növbəti reytinq cədvəli 2011-ci il yanvarın 12-də açıqlanacaq.

Oxşar yazılar

Lamin Yamal “Barselona” tarixinin ən yaxşı oyunçularından ibarət komanda yaratdı – Sürprizlər var?
13 iyul 2025 , 13:45
Rodriqo 3 ingilis klubuna gələn mövsüm harada oynamaq istədiyini bildirdi
13 iyul 2025 , 10:04
"Fənərbağça" ingilis futbolçunu aldı
12 iyul 2025 , 18:54
Messi "Barselona"da oynayacaq
12 iyul 2025 , 13:56
“Bayer” 23 yaşlı amerikalı futbolçunu aldı
12 iyul 2025 , 13:02
Model "Çelsi"nin yeni futbolçusunu atıb getdi -FOTOLENT
12 iyul 2025 , 09:56
Orkun Kökçünün "Beşiktaş"a transferi rəsmiləşdi
12 iyul 2025 , 00:05