“Bakı”nın məşqinə 6 futbolçu qatılmadı
15 dekabr 2010 11:40 (UTC +04:00)

“Bakı”nın məşqinə 6 futbolçu qatılmadı

Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, dekabrın 14-də keçirilmiş məşqə 6 futbolçu qatılmayıb.

Ernad Skuliç məşqçi Norbert Haunsteinin nəzarəti altında fərdi çalışıb. Qapıçı Marko Şarliyanın çiynindən zədələnməsi səbəbindən onu əvəzedici komandada olan həmkarı əvəzləyib. Digər qapıçı Aqil Məmmədov və son oyunlarda sabit çıxışı ilə diqqətləri çəkən gənc yarımmüdafiəçi Əziz Quliyev baş məşqçi Berti Foqtsun dəvəti ilə Azərbaycan milli komandasının düşərgəsinə təlim-məşq toplantısına yollanıblar. Hacı Əhmədov və Rəhman Hacıyev də məşqi kənardan izləyənlər arasında olublar. Hər iki futbolçu əməliyyatdan yenicə çıxdıqları üçün bir müddət yaşıl meydanlardan kənarda qalacaqlar.

Qeyd edək ki, “Bakı” - “İnter” matçı dekabrın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 668

Oxşar yazılar