Cavadov Moskvaya gedir
15 dekabr 2010 10:42 (UTC +04:00)

Cavadov Moskvaya gedir

K-1 döyüşlərinin Azərbaycandakı nümayəndəsi Elşən Əbdürrəhmanovun Lent.az-a verdiyi məlumata görə, 83 kq-dan yuxarı çəki dərəcəsi üzrə təşkil olunacaq yarışda Azərbaycanı Vüqar Cavadov təmsil edəcək.

Ondan əlavə daha 7 idmançı - Hiraku Hori (Yaponiya), Yevgeni Orlov (Rusiya), Pavel Juravlyov (Ukrayna), Aleksey Kudin (Belarus), Hyun Man Myunq (Cənubi Koreya), Rikardo Van Denbos (Hollandiya) və Əli Prins (İran) də mübarizə aparacaq.

Moskvadakı Odintsovo şəhər idman kompleksində baş tutacaq turnirin fəxri qonağı Ernesto Hust (Hollandiya) olacaq.

Bundan öncə isə daha bir idmançımız Xəyal Əhmədov Moldovanın paytaxtı Kişinyovda 83 kq çəki dərəcəsi üzrə keçirilmiş eyniadlı turnirdə mübarizə aparıb. Lakin o, elə ilk görüşdəcə Konstantin Çuçuya (Moldova) uduzaraq, yarışla vidalaşıb.

Əbdürrəhmanov bildirib ki, “The King of Kings” adlı “Grand Prix” yarışları bir neçə mərhələdən ibarət olur. Bu mərhələlərdən biri isə Bakıda təşkil oluna bilər: “Moskvada turnirin təşkilatçıları ilə danışıqlar aparacağam. İstərdim ki, 2011-ci ildə bu maraqlı “Grand-Prix”in bir mərhələsi paytaxtımızda keçirilsin”.

Qeyd edək ki, K-1 döyüşləri üzrə Azərbaycanın ən məşhur idmançısı Zabit Səmədov sayılır. Belarusun paytaxtı Minskdə yaşayan Səmədov ağır çəkililər arasında bir sıra uğurlara imza atıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 552

Oxşar yazılar