Baş məşqçi “İnter”in “Birlik Kuboku”nda məqsədini açıqladı
14 dekabr 2010 16:39 (UTC +04:00)

Baş məşqçi “İnter”in “Birlik Kuboku”nda məqsədini açıqladı

Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bu fikirləri Bakının “İnter” komandasının baş məşqçisi Kaxaber Tsxadadze deyib. Gürcüstanlı mütəxəssis 2011-ci il yanvarın 14-də Rusiyanın Sankt-Peterburq şəhərində qatılacaqları “Birlik Kuboku”nda A qrupunun püşkü barədə danışıb. O bildirib ki, Moldovanın “İskra-Stal” komandası istisna olmaqla, “İstiklol” Tacikistan, “Neftçi” isə Qırğızıstan çempionudurlar. Tsxadadzenin fikrincə, heç bir komanda asanlıqla çempion olmur.


Baş məşqçinin sözlərinə görə, “İnter”i qrupda gərgin və maraqlı oyunlar gözləyir. O, konkret hədəflərini açıqlamayıb: “Təbii ki, məqsədimiz turnirdə daha yaxşı çıxış etməkdir”.


Qeyd edək ki, “Birlik Kuboku” turnirinə yanvarın 23-də yekun vurulacaq. 2009-cu ilin yanvarında keçirilmiş analoji turnirdə “İnter” yarımfinalda “Aktobe” (Qazaxıstan) komandasına 0:1 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 615

Oxşar yazılar