Azərbaycan şirkəti Gürcüstan Futbol Federasiyası ilə müqavilə imzalayacaq
Bu haqda Lent.az-a şirkətin baş direktoru Mahir Məmmədov məlumat verib. Onun sözlərinə görə, hazırda hər iki qurumun marketinq bölməsinin əməkdaşları müvafiq sənəd üzərində işləyirlər. Artıq tərəflər arasında müəyyən anlaşmalar da əldə edilib. Rəsmi müqavilə isə ilin sonunadək bağlana bilər: “Biz istəyirik ki, 2011-ci ilədək GFF-lə münasibətlərimizi rəsmiləşdirək”.
Müqavilənin 1 il müddətinə imzalanması nəzərdə tutulub. M.Məmmədov bildirib ki, anlaşma şirkətin məhsullarının tanıdılmasına qədər geniş layihəni əhatə edəcək. Bu məqsədlə Gürcüstan milli komandasının məşq formalarının üzərində “SOCAR Energy Georgia”nın reklamları, yığmanın oyunları vaxtı meydançaların kənarlarında isə bannerləri yerləşdiriləcək.
Qeyd edək ki, hazırda Gürcüstan yığması 2012-ci il Avropa çempionatının seçmə mərhələsində F qrupunda mübarizə aparır. Baş məşqçi Temuri Ketsbayanın komandası keçirdiyi 4 oyunda Maltanı 1:0 hesabı ilə yenib, Latviya və Yunanıstanla səfərdə 1:1, İsraillə isə Tiflisdə 0:0 hesablı heç-heçəyə nail olub. FİFA-nın noyabr ayı üçün açıqladığı reytinq cədvəlində 78-ci olan Gürcüstan millisi növbəti seçmə matçını 2011-ci il martın 26-da öz meydançasında Xorvatiya ilə keçirəcək.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

Milyard necə bölündü? - Klublararası dünya çempionatında komandaların qazancı
15 iyul 2025 , 20:15
“Real” gənc oyunçunu 50 milyon avroya geri qaytardı - indi satışa hazırlaşırlar
15 iyul 2025 , 19:07
Tramp tarixin ən yaxşı futbolçusunun adını çəkdi
15 iyul 2025 , 11:53
PSJ onu almaq üçün 3 oyunçunu satır
15 iyul 2025 , 09:54
Yamal ad gününə gəlməsi üçün modelə 20 min avro təklif edib
15 iyul 2025 , 04:43
“Milan” Luka Modriçin transferini açıqladı
14 iyul 2025 , 22:07
Əşrəf Hakimi top modellə sevişir: yeni gözəl cütlük -FOTOLENT
14 iyul 2025 , 19:59