“İnter”in “Birlik Kuboku”nda rəqibləri müəyyənləşdi
14 dekabr 2010 13:45 (UTC +04:00)

“İnter”in “Birlik Kuboku”nda rəqibləri müəyyənləşdi

Lent.az-ın Rusiya Futbol İttifaqının rəsmi saytına istinadən verdiyi məlumata görə, yarışda Azərbaycanı təmsil edəcək Bakının “İnter” klubu A qrupuna düşüb. Komandamızın rəqibləri “İskra-Stal” (Rıbnitsa, Moldova), “İstiklol” (Düşənbə, Tacikistan) və “Neftçi” (Koçkor-Ata, Qırğızıstan) olub.


Digər qrupların tərkibi:

B qrupu: “Tobol” (Kostanay, Qazaxıstan), “Skonto” (Riqa, Latviya), “Mika” (İrəvan, Ermənistan), “Bunyodkor” (Daşkənd, Özbəkistan)

C qrupu: “Zenit” (Sankt-Peterburq, Rusiya), “Nebitçi” (Balkanabad, Türkmənistan), “Şaxtyor” (Soliqorsk, Belarus), “Flora” (Tallin, Estoniya)

D qrupu: Rusiyanın gənclər yığması, “Dinamo” (Kiyev, Ukrayna), HİK (Helsinki, Finləndiya), “Ekranas” (Panevejis, Litva).

Turnir 2011-ci il yanvarın 14-dən 23-dək Sank-Peterburq şəhərində keçiriləcək. Yarışın təqvimi isə hələ dərc olunmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2649

Oxşar yazılar