Mondraqon “Köln”dən gedir
14 dekabr 2010 13:00 (UTC +04:00)

Mondraqon “Köln”dən gedir

Lent.az-ın “Köln”ün rəsmi saytına istinadən verdiyi məlumata görə, kolumbiyalı qolkiperlə müqavilənin qarşılıqlı razılıq əsasında pozulması qərara alınıb.

Mondraqon sonuncu dəfə həftəsonu “Şalke 04”lə Almaniya çempionatı və gələn həftə “Duysburq”la Federasiya Kuboku qarşılaşmalarında forma geyinəcək. “Ekspress” qəzeti isə 39 yaşlı qolkiperin karyerasını ABŞ-ın “Filadelfiya Yunion” komandasında davam etdirəcəyini yazıb.

Qeyd edək ki, Fərid Mondraqon “Köln”ə 2007-2008-ci il mövsümündə “Qalatasaray”dan transfer olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 921

Oxşar yazılar