“Arsenal” üzərində qələbə “Mançester Yunayted”i liderliyə yüksəltdi
14 dekabr 2010 10:49 (UTC +04:00)

“Arsenal” üzərində qələbə “Mançester Yunayted”i liderliyə yüksəltdi

Lent.az-ın məlumatına görə, oyun “qırmızı şeytanlar”ın qələbəsi ilə başa çatıb – 1:0.

Yeganə topu 40-cı dəqiqədə koreyalı yarımmüdafiəçi Pak Çji Sun vurub. O, Naninin ötürməsindən sonra fərqlənib. 74-cü dəqiqədə isə top Qael Klişinin əlinə dəydiyi üçün hakim “Arsenal”ın qapısına penalti təyin edib. Lakin Ueyn Runi penaltidən yararlana bilməyib.

Qeyd edək ki, “Mançester Yunayted” İngiltərə çempionatında 16 oyundan sonra 34 xal toplayıb. 17 görüşdə 32 xal yığan “Arsenal” isə ikinci pillədədir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 475

Oxşar yazılar