PFL daha bir oyunun vaxtını dəyişdirdi
13 dekabr 2010 18:47 (UTC +04:00)

PFL daha bir oyunun vaxtını dəyişdirdi

Lent.az-ın məlumatına görə, Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev “Qəbələ” – “Bakı” matçının dekabrın 25-dən iki gün əvvələ keçirilməsi barədə əmr imzalayıb.

Sənəddə bildirilir ki, hər iki klub PFL-ə ünvanladığı məktubda qarşıdan gələn bayramlarla əlaqədar qarşılaşmanın vaxtının dəyişdirilməsini xahiş edib. Bu səbəbdən onların qarşılıqlı razılıq məktubu müsbət cavablandırılıb.

Qeyd edək ki, bundan öncə XIX turun digər qarşılaşmaları da eyni səbəbdən dekabrın 23-ə salınıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 665

Oxşar yazılar