Beynəlxalq Paralimpiya Komitəsindən tarixi qərar
2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarının proqramına iki yeni idman növü salınıb. Lent.az-ın məlumatına görə, Beynəlxalq Paralimpiya Komitəsinin (İPC) Çinin Quançjou şəhərində keçirilmiş İcraiyyə Komitəsinin iclasında 2016-cı ildən etibarən əlillər arasında hər 4 ildə bir dəfə keçirilən Yay Paralimpiya Oyunlarında para-kanoeçilərlə para-triatlonçuların da mübarizə aparmasına qərar verilib.
Para-kanoe və para-triatlon namizədliyi irəli sürülən 7 idman növü arasından səsvermə yolu ilə seçilib. Bununla da 2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarının proqramındakı idman növlərinin sayı 22-yə çatıb. Daha 5 idman növü – para-badminton, əqli cəhətdən məhdud idmançılar üçün basketbol, para-qolf, mühərrikli stul üzərində futbol və para-taekvondo səsvermədən keçə bilməyib.
İPC-nin prezidenti Filip Kraven para-kanoe və para-triatlonun Yay Paralimpiya Oyunlarının proqramına salınması münasibətilə Beynəlxalq Kanoe Federasiyası (İCF) və Beynəlxalq Triatlon Federasiyasını (İTU) təbrik edib, 2016-cı ilədək yüksək səviyyəli para-kanoeçi və para-triatlonçuların yarışlarda iştirakı prosesində onlarla yaxından əməkdaşlıq edəcəklərini bildirib.
Qeyd edək ki, Rio-de-Janeyro Yay Paralimpiya Oyunları 7 – 18 sentyabr 2016-cı ildə keçiriləcək.

Oxşar yazılar

Di Mariya 18 ildən sonra “Rosario Sentral”a qayıtdı
8 iyul 2025 , 17:06
Meksikalı 16 yaşlı istedad Pele və Yamalın rekordunu qırdı
8 iyul 2025 , 15:23
"Mançester Yunayted"in futbolçusu Mbappe ilə sevişməkdə şübhəli bilinən qızla görüşür
8 iyul 2025 , 12:54
Hansı oyunçunun forması “Real”a həftədə 32 min avro qazandırır? Mbappe və ya Vinisius deyil
8 iyul 2025 , 09:39
Messi Ronaldo ilə səs-küylü görüşə hazırlaşır: danışıqlar aparılır
7 iyul 2025 , 19:20
Müller “Bavariya”dan ayrıldı, Messinin yanına gedə bilər
7 iyul 2025 , 18:50
Tarixin ən yaxşı 30 komandası: Qvardiola üç ən yaxşı klubun arxitektoru
7 iyul 2025 , 15:39