Azərbaycan cüdoçusu bürünc medal və 120 xal qazandı
13 dekabr 2010 09:16 (UTC +04:00)

Azərbaycan cüdoçusu bürünc medal və 120 xal qazandı

Lent.az-ın məlumatına görə, qadınların yarışında 57 kq çəki dərəcəsində yarışan Qasımova mübarizəyə 1/8 final mərhələsindən qoşulub.

O, əvvəlcə Sabrina Filmozeri (Avstriya), ¼ finalda isə Cemma Hauelli (Böyük Britaniya) məğlub edib. Lakin təmsilçimiz yarımfinalda Nozomi Hiraya (Yaponiya) uduzaraq, 3-cü yeri tutub. Bununla da Qasımova “Böyük dəbilqə” turnirlərində medal qazanan ilk Azərbaycan cüdoçusu kimi tarixə düşüb.

Digər cüdoçularımıza gəldikdə, Elxan Məmmədov (90 kq) 1/16 finalda Vinston Qordonu (Böyük Britaniya), 1/8 finalda Murat Qasiyevi (Rusiya) üstələyib. Onun da qarşısını yaponiyalı Masaşi Nişiyama kəsib. Nəticədə Məmmədov 5-ci yerlə kifayətlənib.

Ramilə Yusubova (63 kq) isə 1/16 finalda Leylani Akiyamanı (ABŞ) yensə də, 1/8 finalda Elizabet Villebordseyə (Hollandiya) uduzub.

Daha bir cüdoçumuz Elmar Qasımov (100 kq) mübarizəyə dekabrın 13-də qoşulacaq. Onun ilk rəqibi 1/16 finalda Oreydi Despayne (Kuba) olacaq.

Qeyd edək ki, “Böyük dəbilqə” turniri 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyıb. Cüdoçularımızdan Kifayət Qasımova 120, Elxan Məmmədov 60, Ramilə Yusubova isə 36 lisenziya xalı qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1438

Oxşar yazılar