İrandakı soydaşlarımız Azərbaycan millisində çıxış etmək istəyirlər
11 dekabr 2010 15:49 (UTC +04:00)

İrandakı soydaşlarımız Azərbaycan millisində çıxış etmək istəyirlər

Bu haqda Lent.az-a AAAF-ın vitse-prezidenti Tofiq Heydərov məlumat verib.

Onun sözlərinə görə, qonşu ölkədə ağırlıqqaldırma ilə məşğul olanların sayı çoxdur. Lakin İran yığmasına düşmək uğrunda rəqabət böyük olduğundan, 1 çəki dərəcəsində 4 ağırlıqqaldıran əsas heyətə düşməyə can atır. Lakin onlardan əsas heyətə 1-2-si cəlb olunur. Qalanları isə yığmadan kənarda qalır.

Heydərov bildirib ki, anlaşma əldə ediləcəyi təqdirdə, millimizdə güneyli soydaşlarımızın da yer alması nəzərdə tutulub: “Biz çalışacağıq ki, yığmamıza ən güclü ağırlıqqaldıranları cəlb edək”.

Qeyd edək ki, İranda yalnız kişilərdən ibarət ağırlıqqaldırma yığması mövcuddur.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1029

Oxşar yazılar