Avropa çempionatının oyunlarını 5 hakim idarə edə bilər
11 dekabr 2010 12:08 (UTC +04:00)

Avropa çempionatının oyunlarını 5 hakim idarə edə bilər

Lent.az-ın məlumatına görə, belə bir fikri UEFA İcraiyyə Komitəsinin üzvləri Çexiyanın paytaxtı Praqada keçirilmiş toplantıda ifadə ediblər.

Toplantıda Beynəlxalq Futbol Assosiasiyaları İttifaqına (İFAB) müvafiq müraciətin edilməsi qərara alınıb. İFAB əvvəllər Çempionlar Liqası və Avropa Liqasında 2012-ci ilədək oyunları 5 hakimin idarə etməsini təsdiqləyib. Bu qurumun növbəti iclası 2011-ci ilin martında olacaq.

Qeyd edək ki, futbol matçlarını 5 hakimin idarə etməsi haqda ideya UEFA prezidenti Mişel Platiniyə məxsusdur. Onun fikrincə, bu yolla topun qapı xəttini keçib-keçmədiyini səhvsiz müəyyənləşdirmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 507

Oxşar yazılar