“Beşiktaş” və “Bursaspor” cəzalandırıldı
Türkiyənin Peşəkar Futbol Nizam-İntizam Şurası “Beşiktaş” – “Bursaspor” qarşılaşmasından öncə yaşanan olaylarla bağlı hər iki komandaya iki matç tamaşaçısız oynamaq cəzası verib. Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, “Beşiktaş” bu oyunlarını neytral meydançada, “Bursaspor” isə öz meydançasında oynayacaq.
Bundan əlavə, “Beşiktaş” tərəfdarlarının söyüşləri səbəbilə komandaya 18 min dollar da pul cəzası verilib. Oyunda “qırmızı kart” alan Volkan Şen isə iki matç oynamayacaq.
Bundan əlavə, “Beşiktaş” tərəfdarlarının söyüşləri səbəbilə komandaya 18 min dollar da pul cəzası verilib. Oyunda “qırmızı kart” alan Volkan Şen isə iki matç oynamayacaq.
631