Bakıda boks üzrə beynəlxalq turnir keçiriləcək
10 dekabr 2010 17:44 (UTC +04:00)

Bakıda boks üzrə beynəlxalq turnir keçiriləcək

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yarışda Azərbaycanı ümumilikdə 20 idmançıdan ibarət iki komanda təmsil edəcək.

Turnirə Rusiya, Türkiyə, Özbəkistan, Qazaxstan, Latviya, Polşa, İran, Gürcüstan, Çin və Dağıstandan boksçuları da qatılacaqlar. Yarış 4 gün davam edəcək.

Qeyd edək ki, xatirə turniri başa çatdıqdan az sonra - dekabrın 21-də elə həmin məkanda Azərbaycan çempionatı start götürəcək. Çempionat 2 gün davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 867

Oxşar yazılar