Azad Rəhimov: “Bu məlumat sizdə hardandır?”
10 dekabr 2010 17:15 (UTC +04:00)

Azad Rəhimov: “Bu məlumat sizdə hardandır?”

Lent.az-ın məlumatına görə, Rəhimov jurnalistlərə açıqlamasında bu məsələdə günahı idmançıların özlərində gördüyünü açıqlayıb.

Onun fikrincə, hər bir idmançı nə qəbul etdiyinə diqqət yetirməlidir: “Bu məsələdə günahı idmançıların özündə görürəm. Diqqətli olmalı, baxmalıdır ki, hansı dərmanları, preparatları qəbul edir”.

Nazir Zülfüqar Süleymanovdan fərqli olaraq, Rövşən Fətullayevin yığmaya qaytarılması və komanda ilə birgə məşqlərdə iştirak etməsi faktını təkzib edib. Onun sözlərinə görə, dopinq-testdən keçə bilməyən atletlərin milli komanda ilə birgə hazırlıq prosesində iştirak etməsi qeyri-mümkündür: “Yığmaya heç kim qaytarılmayıb. İdmançılar arasında fərq qoyulmayıb. Dünyada da belə bir təcrübə yoxdur. Bu insan heç bir idman tədbirində iştirak edə bilməzsə, yığmaya necə qaytarıla bilər? Heç ölkədən kənarda keçirilən təlim-məşq toplantılarına da çıxa bilməz. O, yığmada necə ola bilər? Bu məlumat sizdə hardandır?”

Rəhimovun fikrincə, cəzalı idmançı fərdi qaydada məşq edə bilər: “Vaxtilə dünya və Avropa çempionumuz Nizami Paşayev dopinq problemi ilə üzləşəndə bütün cəza müddəti boyunca fərdi qaydada məşq edirdi. Hamı belə məşq edə bilər. Bu hər bir idmançının öz işidir”.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 489

Oxşar yazılar