“Spartak” Avropa kuboklarından kənarlaşdırıla bilər
Lent.az-ın “Sport-Ekspress”ə istinadən verdiyi məlumata görə, Moskva klubunun azarkeşləri dekabrın 8-də Slovakiyada “Jilina” ilə keçirilən Çempionlar Liqasının VI tur matçında çaxnaşma törədiblər.
Fanatlar fişəng yandıraraq, meydançaya tullayıblar. Nəticədə oyun 20 dəqiqəyədək dayanıb. UEFA-nın rəsmi nümayəndəsi Rob Folkner bildirib ki, “Spartak” böyük məbləğdə cərimədən tutmuş turnirdən kənarlaşdırılmayadək istənilən cəzaya məruz qala bilər. 2011-ci ildə “qırmızı-ağlar” Avropa Liqasının 1/16 final mərhələsində çıxış etməlidirlər. Rəqib isə dekabrın 17-də məlum olacaq.
Folknerin sözlərinə görə, yaxın vaxtlarda UEFA Nizam-İntizam Komitəsi matçın baş hakimi Kevin Blom və qitə futbol qurumunun nümayəndəsi Banço Todorovun məruzələrini qəbul etməlidir. Cəza isə dekabrın 16-da çıxarıla bilər. İşin araşdırılması uzansa, qərar qəbulu 20 yanvar 2011-ci ilə təxirə salınacaq. Həddən artıq ehtiyac duyulacağı halda, növbədənkənar iclas keçirilə bilər.

Oxşar yazılar

Mbappe və Kriştiano “Qızıl top”a əsas namizəd haqqında eyni fikirdədirlər
9 iyul 2025 , 18:21
Karlo Ançelottinin oğlu karyerasında ilk dəfə baş məşqçi oldu
9 iyul 2025 , 17:10
Boksçu döyüşdə uduzduqdan bir neçə saat sonra öldü
9 iyul 2025 , 14:15
"Real"ın təyyarəsi saatlarla aeroporta enə bilmədi
9 iyul 2025 , 10:58
Hələ avqust ayı deyil, klublar artıq yüz milyonlar xərcləyirlər: Transfer bazarına kim rəhbərlik edir?
9 iyul 2025 , 09:39
Çelsi finala çıxdı
9 iyul 2025 , 05:16
“Qalatasaray”da ayrılıq
8 iyul 2025 , 23:32