Klublar Unibank Premyer Liqasının təqvimini dəyişdirdilər
Lent.az-ın məlumatına görə, bu haqda Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev əmr verib.
Milli çempionatda çıxış edən əksər klublar PFL-ə ünvanladıqları məktubda qarşıdan gələn bayramlarla əlaqədar XIX turun oyunlarının daha tez tarixdə keçirilməsini xahiş ediblər. Bu xahişi nəzərə alan qurum 6 qarşılaşmadan 5-ini dekabrın 23-ə keçirib. Bunlar “Neftçi” – “Turan”, “İnter” – “Gəncə”, “Xəzər Lənkəran” – “Qarabağ”, “Muğan” – AZAL və “Simurq” – MOİK matçlarıdır. “Qəbələ” – “Bakı” görüşünün tarixində isə heç bir dəyişiklik baş verməyib.
Bundan əlavə, XVIII turun “Qarabağ” – “Muğan” matçı 19 dekabrda deyil, bir gün tez keçiriləcək.

522