Futbolçuların tətili təxirə salındı
10 dekabr 2010 11:15 (UTC +04:00)

Futbolçuların tətili təxirə salındı

Lent.az-ın məlumatına görə, futbolçuların nümayəndələri yeni kollektiv sazişlə bağlı danışıqların uğurla davam etdiyini və tətilə gərək olmadığını bildiriblər.

Kollektiv saziş klublarla oyunçuların qarşılıqlı münasibətlərini tənzimləyəcək.

Qeyd edək ki, A seriyasının futbolçuları ilk dəfə sentyabrda tətil etmək istəyiblər. Lakin az sonra bu aksiyanın danışıqlaradək təxirə salınması qərara alınıb. Tətilin ikinci dəfə ertələnməsi isə o deməkdir ki, həftəsonuna planlaşdırılan 16-cı turun oyunları baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 540

Oxşar yazılar