UEFA Azərbaycanda Pro kateqoriyalı məşqçi kursları təşkil edəcək
Lent.az-ın məlumatına görə, bu fikirlər UEFA-nın Təhsil Komitəsinin üzvü Daniel Rayserin Bakıda səfərdə olduğu vaxt AFFA-nın keçirdiyi məşqçi kursları barədə məlumat əldə edərək ölkəmizdə Pro kateqoriyalı kursların təşkili ilə bağlı hazırladığı hesabatda əksini tapıb.
Həmin hesabata əsasən, 2011-ci ilin əvvəlində UEFA-nın Təhsil Komitəsinin Azərbaycanda Pro kateqoriyalı məşqçi kurslarının keçirilməsi barədə qərar verəcəyi gözlənilir.
Qeyd edək ki, indiyədək Azərbaycanda dəfələrlə UEFA-nın C, B, A kateqoriyalı kursları təşkil olunub. Avropa futbol qurumunun Təhsil Komitəsi bu kursları yüksək qiymətləndirib.

595