Mübariz İbrahimovun xatirə turniri start götürdü - FOTO
09 dekabr 2010 15:31 (UTC +04:00)

Mübariz İbrahimovun xatirə turniri start götürdü - FOTO

Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin sədri Novruzəli Orucov, Azərbaycan Texniki Universitetinin tərbiyəvi işlər üzrə prorektoru İsa Xəlilov və ATGTİ-nın sədri Şahin İsmayılov çıxış ediblər.

Onlar “Milli Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” layihəsi çərçivəsində təşkil olunan turnirin Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canlarından keçmiş şəhidlərin xatirəsini yad etmək, onları gənclərə tanıtmaq baxımından əhəmiyyətindən danışıblar.

Qeyd edək ki, ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən yarışda 24 komanda iştirak edir. İlk oyunda Azərbaycan Texniki Universitetinin və Xəzər Universitetinin komandaları qarşılaşıb. Qarşılaşma Texniki Universitetin 6:0 hesablı qələbəsi ilə başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1067

Oxşar yazılar