Əfsanəvi tennisçinin qazandığı 70 kubokun çoxu oğurlanıb
Lent.az-ın məlumatına görə, bu haqda “Los Angeles Times” qəzetinə Samprasın özü açıqlama verib.
O bildirib ki, kuboklardan məhrum edilməsi ondan tennisçi karyerasını almağa bərabərdir. Sampras kubokların qaytarılması xahişi ilə ictimaiyyətə müraciət edib. 39 yaşlı tennisçi onları öz övladlarına göstərmək istədiyini bildirib: “Mən titullarını sevən və onlarla öyünənlərdən deyiləm. Heç vaxt belə insanlardan olmamışam. Sadəcə, uşaqlarım necə oynadığıma şahidlik etməyiblər. İstərdim ki, övladlarım kuboklarımı görsünlər. Onların tapılma ehtimalının az olduğunu bilirəm. Amma heç olmasa, buna cəhd etməsəm, çox təəssüflənəcəyəm. Bəlkə kimsə kuboklarımın yerini bilir? Buna yalnız ümid edə bilərəm”.
Oğrular Samprasın ATP (Peşəkar Tennisçilər Assosiasiyası) seriyasından turnirlərdə fərdi mübarizədə qazandığı 64-dən çox kuboku, 2 Devis Kubokunu, habelə, 1993 – 1998-ci illərdə dünyanın 1 nömrəli tennisçisi kimi qazandığı 6 kuboku aparıblar.
Qeyd edək ki, Pit Sampras tennis tarixində ən güclülərdən sayılır. O, karyerası ərzində “Böyük dəbilqə” seriyalı turnirlərdə 14 qələbə qazanıb və 286 gün ərzində dünyanın 1 nömrəli tennisçisi kimi mövqeyini qoruyub.

Oxşar yazılar

Milyard necə bölündü? - Klublararası dünya çempionatında komandaların qazancı
15 iyul 2025 , 20:15
“Real” gənc oyunçunu 50 milyon avroya geri qaytardı - indi satışa hazırlaşırlar
15 iyul 2025 , 19:07
Tramp tarixin ən yaxşı futbolçusunun adını çəkdi
15 iyul 2025 , 11:53
PSJ onu almaq üçün 3 oyunçunu satır
15 iyul 2025 , 09:54
Yamal ad gününə gəlməsi üçün modelə 20 min avro təklif edib
15 iyul 2025 , 04:43
“Milan” Luka Modriçin transferini açıqladı
14 iyul 2025 , 22:07
Əşrəf Hakimi top modellə sevişir: yeni gözəl cütlük -FOTOLENT
14 iyul 2025 , 19:59