“Rauf Mehdiyev gənc azərbaycanlı qapıçılara örnək olmalıdır”
Lent.az-ın məlumatına görə, bu fikirləri “Neftçi”nin qapıçılarla işləyən məşqçisi Neboyşa Manoyloviç futbol klubunun rəsmi saytına danışıb.
Serbiyalı mütəxəssis xüsusən Rauf Mehdiyevdən razılıq ifadə edib: “Sizi inandırım ki, Raufun məşqlərdə necə can qoyduğunu görsəniz, heyrətə gələrsiniz. Gənc Elçin də çox perspektivli qapıçıdır. Düşünürəm ki, o gələcəkdə öz sözünü deyəcək. Son oyunlara gəldikdə isə Rauf Mehdiyev qapını qoruduğu görüşlərdə xarakter nümayiş etdirir. Raufun oyunu gənc azərbaycanlı qolkiperlərə örnək olmalıdır. Bu qapıçılarda ən müsbət xüsusiyyətlərdən biridir. Bir sözlə, “Neftçi”nin qapısı etibarlı əllərdədir”.
Qeyd edək ki, 34 yaşlı Rauf Mehdiyev Unibank Premyer Liqasında sonuncu dəfə XII turda “İnter”lə qarşılaşmada qapısından qol buraxıb. Oyun isə 1:1 hesablı heç-heçə ilə nəticələnib.

Oxşar yazılar

"İnter" “Fluminense”yə məğlub oldu
1 iyul 2025 , 01:31
3 güləşçimiz Avropa çempionatının finalında
30 iyun 2025 , 23:11
“Mən səni çox sevirəm” - Bellinqemin sevgilisindən doğum günü TƏBRİKİ
30 iyun 2025 , 19:46
Britaniyalı Emma Radukanu - Uimbldonun əsas ulduzlarından biridir
30 iyun 2025 , 18:19
Hazırda dünyanın ən yaxşı futbolçusu odur - YENİ SİYAHI
30 iyun 2025 , 15:56
Dünyanın ən çox qazanan 5 futbolçusu: Messi Ronaldodan uzaqdadır
30 iyun 2025 , 13:00
Premyer Liqada YENİLİK: futbolçular əvəzləndikdən dərhal sonra müsahibələr verəcək
30 iyun 2025 , 09:39