Azərbaycanın futbol hakimləri Antalyada VİP oyunlar idarə edəcəklər
Bu haqda Lent.az-a AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib.
Onun sözlərinə görə, toplanışa 40-dək hakim yollanacaq. Ədalət təmsilçilərinə dərslərin keçirilməsi üçün müəllim heyəti də Antalyaya ezam olunacaq: “Müəllim heyətinin tərkibində mən və fiziki hazırlıq üzrə mütəxəssis Gəray Qarayevin yer alacağı dəqiqdir. Daha bir şəxs isə Rusiya Futbol İttifaqının İnspektorlar Komitəsinin sədri, keçmiş beynəlxalq dərəcəli hakim Aleksey Spirin ola bilər. Onunla ilkin razılıq əldə etmişəm. Çox güman ki, Spirin də hakimlərimizin hazırlıq prosesinə qatılacaq”.
Antalyaya yollananlar arasında videooperatorlar da olacaqlar. X.Məmmədovun sözlərinə görə, bu yenilik ilk dəfə yayda sınaqdan çıxarılıb: “Oyunu iki operator çəkir, şam yeməyindən sonra isə qarşılaşmadakı hakim səhvləri videoblok şəklində özlərinə göstərilirdi. Yəni, görüntü üçün çəkilmirdi. Biz də səhvləri hakimlərin özləri ilə müzakirə edirdik”.
Hakimlər Komitəsi sədri bildirib ki, 2 həftəyədək davam edəcək hazırlıq prosesi çərçivəsində hakimlərimiz hər gün 4-ü olmaqla, 80-dək oyun idarə edəcəklər. Onlardan 20-si VİP, yəni, yüksək səviyyəli klubların iştirakı ilə oynanılan qarşılaşmalar olacaq: “Artıq danışılıb. 20-dək VİP oyunlar olacaq. Yəni, hakimlərimiz təqribən 80-dək oyun idarə edəcəklər. Onların 20-si Avropanın məşhur klublarının, Rusiya, Bolqarıstan, Xorvatiya və digər ölkələrin çempionlarının iştirakı ilə keçiriləcək. Ümumiyyətlə, bizə hər gün üçün 4 oyun söz veriblər”.
X.Məmmədovun fikrincə, belə oyunlarda ədalət təmsilçiləri təcrübə toplaya, gənclər isə yetişə bilərlər: “Antalyaya müxtəlif futbol məktəbləri və oyun üslublarına malik komandalar gəlirlər. Hətta ötən il təkcə Avropanın deyil, Cənubi Koreya və Braziliyanın komandaları da var idi. Onlar futbol oyunu baxımından müxtəlif üslublu ölkələrdirlər ki, bu da hakimlər üçün də daha çox təcrübə toplamaq imkanı yaradır”.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

Yamal ad gününə gəlməsi üçün modelə 20 min avro təklif edib
15 iyul 2025 , 03:43
“Milan” Luka Modriçin transferini açıqladı
14 iyul 2025 , 22:07
Əşrəf Hakimi top modellə sevişir: yeni gözəl cütlük -FOTOLENT
14 iyul 2025 , 19:59
“Arsenal”ın böyük yay həftəsi: 150 milyon xərcləmə planı
14 iyul 2025 , 18:06
PSJ-nin müdafiəçisi klubdan getmək istədiyini AÇIQLADI
14 iyul 2025 , 16:37
"Mançester Yunayted" qapıçı böhranı astanasında - zədəli Onananın yerinə beş namizəd
14 iyul 2025 , 13:43
Yamalın nəhayət 18 yaşı var: Futbolun "ən gənc"inin rekordları
14 iyul 2025 , 11:22