Ukrayna çempionu “Şaxtyor” Portuqaliyanın “Braqa” komandası üzərində inamlı qələbə sayəsində qrup lideri kimi 1/8 finala yüksəlib. H qrupundan növbəti mərhələyə ikinci vəsiqəyə Serbiya “Partizan”ını yenən İngiltərə “Arsenal”ı sahib çıxıb. “Braqa” qrup üçüncüsü kimi mübarizəni Avropa Liqasının 1/16 final mərhələsində davam etdirəcək. “Partizan” isə F qrupunda yer alan Slovakiya “Jilina”sı kimi qrup mərhələsini xalsız başa vurub.
Çempionlar Liqasının 1/8 finalına vəsiqənin taleyinə “Bavariya” – “Bazel” və ÇFR – “Roma” matçlarından sonra aydınlıq gəlib. Almaniya təmsilçisi hələ ötən tur bu vəzifənin öhdəsindən gəlsə də, İsveçrə klubuna rəhm etməyib. Nəticədə İtaliya klubuna Rumıniyada əldə etdiyi heç-heçə də ikinci vəsiqə üçün kifayət edib.
8 dekabr
E qrupu
“Bavariya” (Almaniya) - “Bazel” (İsveçrə) – 3:0
Frank Riberi, 35; 50. Anatoli Timoşuk, 37
ÇFR (Rumıniya) – “Roma” (İtaliya) – 1:1
Lasina Traore, 88 – Marko Borryello, 21
S | Komandalar | O | Q | H | M | T | X |
1. | “Bavariya” | 6 | 5 | 0 | 1 | 16-6 | 15 |
2. | “Roma” | 6 | 3 | 1 | 2 | 10-11 | 10 |
3. | “Bazel” | 6 | 2 | 0 | 4 | 8-11 | 6 |
4. | ÇFR | 6 | 1 | 1 | 4 | 6-12 | 4 |
F qrupu
“Jilina” (Slovakiya) - “Spartak” (Moskva, Rusiya) – 1:2
Tomaş Maytan, 48 – Aleks, 54. İbson, 61
Qırmızı vərəqə: İbson, 78 (“Spartak”)
“Marsel” (Fransa) - “Çelsi” (İngiltərə) – 1:0
Brandao, 81
S | Komandalar | O | Q | H | M | T | X |
1. | “Çelsi” | 6 | 5 | 0 | 1 | 14-4 | 15 |
2. | “Marsel” | 6 | 4 | 0 | 2 | 12-3 | 12 |
3. | “Spartak” | 6 | 3 | 0 | 3 | 7-10 | 9 |
4. | “Jilina” | 6 | 0 | 0 | 6 | 3-19 | 0 |
G qrupu
“Real” (İspaniya) - “Oser” (Fransa) – 4:0
Kərim Benzema, 12; 72; 88. Kriştianu Ronaldu, 49
“Milan” (İtaliya) – “Ayaks” (Hollandiya) – 0:2
Demi De Zeuv, 57. Tobi Alderveyreld, 66
S | Komandalar | O | Q | H | M | T | X |
1. | “Real” | 6 | 5 | 1 | 0 | 15-2 | 16 |
2. | “Milan” | 6 | 2 | 2 | 2 | 7-7 | 8 |
3. | “Ayaks” | 6 | 2 | 1 | 3 | 6-10 | 7 |
4. | “Oser” | 6 | 1 | 0 | 5 | 3-12 | 3 |
H qrupu
“Arsenal” (İngiltərə) - “Partizan” (Serbiya) – 3:1
Robin van Persi, 30-penalti ilə. Teo Uolkott, 73. Samir Nəsri, 77 – Kleo, 52
Qırmızı vərəqə: Bakari Sanya, 85 (“Arsenal”)
“Şaxtyor” (Ukrayna) – “Braqa” (Portuqaliya) – 2:0
Rezvan Rats, 78. Luis Adriano, 83
S | Komandalar | O | Q | H | M | T | X |
1. | “Şaxtyor” | 6 | 5 | 0 | 1 | 12-6 | 15 |
2. | “Arsenal” | 6 | 4 | 0 | 2 | 18-7 | 12 |
3. | “Braqa” | 6 | 3 | 0 | 3 | 5-11 | 9 |
4. | “Partizan” | 6 | 0 | 0 | 6 | 2-13 | 0 |
A qrupu
“Tvente” (Hollandiya) - “Tottenhem” (İngiltərə) – 3:3
Landzat, 22-penalti ilə. Rosales, 56. Çadli, 64 – Visgerhof, 12-öz qapısına. Cermeyn Defo, 47; 59
“Verder” (Almaniya) – “İnter” (İtaliya) – 3:0
Prödl, 39. Qoran Arnautoviç, 49. Klaudio Pizarro, 88
S | Komandalar | O | Q | H | M | T | X |
1. | “Tottenhem” | 6 | 3 | 2 | 1 | 18-11 | 11 |
2. | “İnter” | 6 | 3 | 1 | 2 | 12-11 | 10 |
3. | “Tvente” | 6 | 1 | 3 | 2 | 9-11 | 6 |
4. | “Verder” | 6 | 1 | 2 | 3 | 6-12 | 5 |
B qrupu
“Lion” (Fransa) - “Hapoel” (Təl-Əviv, İsrail) – 2:2
Lisandro, 62. Lakazette, 88 – Sahar, 63. Zahavi, 69
“Benfika” (Portuqalya) - “Şalke 04” (Almaniya) – 1:2
Luizao, 87 – Hurado, 19. Hövedes, 81
S | Komandalar | O | Q | H | M | T | X |
1. | “Şalke 04” | 6 | 4 | 1 | 1 | 10-3 | 13 |
2. | “Lion” | 6 | 3 | 1 | 2 | 11-10 | 10 |
3. | “Benfika” | 6 | 2 | 0 | 4 | 7-12 | 6 |
4. | “Hapoel” | 6 | 1 | 2 | 3 | 7-10 | 5 |
C qrupu
“Bursaspor” (Türkiyə) - “Reyncers” (Şotlandiya) – 1:1
Sərcan Yıldırım, 79 – Miller, 19
“Mançester Yunayted” (İngiltərə) - “Valensiya” (İspaniya) – 1:1
Anderson, 62 – Pablo Ernandes, 32
S | Komandalar | O | Q | H | M | T | X |
1. | “Mançester Y” | 6 | 4 | 2 | 0 | 7-1 | 14 |
2. | “Valensiya” | 6 | 3 | 2 | 1 | 15-4 | 11 |
3. | “Reyncers” | 6 | 1 | 3 | 2 | 3-6 | 6 |
4. | “Bursaspor” | 6 | 0 | 1 | 5 | 2-16 | 1 |
D qrupu
“Barselona” (İspaniya) - “Rubin” (Rusiya) – 2:0
Fontas, 51. Vaskes, 83
“Kopenhagen” (Danimarka) – “Panatinaikos” (Yunanıstan) – 3:1
Vinqard, 26. Qronkyaer, 50-penalti ilə. Sisse, 73-avtoqol – Kante, 90+2
S | Komandalar | O | Q | H | M | T | X |
1. | “Barselona” | 6 | 4 | 2 | 0 | 14-3 | 14 |
2. | “Kopenhagen” | 6 | 3 | 1 | 2 | 7-5 | 10 |
3. | “Rubin” | 6 | 1 | 3 | 2 | 2-4 | 6 |
4. | “Panatinaikos” | 6 | 0 | 2 | 4 | 2-13 | 2 |
Beləliklə, “Tottenhem” (İngiltərə), “Şalke 04” (Almaniya), “Mançester Yunayted” (İngiltərə), “Barselona” (İspaniya), “Bavariya” (Almaniya), “Çelsi” (İngiltərə), “Real” (Madrid, İspaniya), “Şaxtyor” (Ukrayna) qrup lideri, “İnter” (İtaliya), “Lion” (Fransa), “Valensiya” (İspaniya), “Kopenhagen" (Danimarka), “Roma” (İtaliya), “Marsel” (Fransa), “Milan” (İtaliya), “Arsenal” (İngiltərə) isə qrup ikincisi kimi Çempionlar Liqasının 1/8 finalına yüksəliblər. Növbəti mərhələnin püşkatma mərasimi dekabrın 17-də olacaq.
Qruplarda 3-cü yeri tutmuş “Tvente” (Hollandiya), “Benfika” (Portuqaliya), “Reyncers” (Şotlandiya), “Rubin” (Rusiya), “Bazel” (İsveçrə), “Spartak” (Moskva, Rusiya), “Ayaks” (Hollandiya), “Braqa” (Portuqaliya) isə mübarizəni Avropa Liqasının 1/16 finalında davam etdirəcəklər.