NBC Bank Azərbaycan Kuboku: Bütün ¼ finalçılar müəyyənləşdi
08 dekabr 2010 19:08 (UTC +04:00)

NBC Bank Azərbaycan Kuboku: Bütün ¼ finalçılar müəyyənləşdi

Lent.az-ın məlumatına görə, növbəti mərhələyə yüksələn 8 klub arasında I divizion təmsilçisi “Abşeron” da var.

Baş məşqçi Mirbağır İsayevin komandası Unibank Premyer Liqasında mübarizə aparan “Simurq”u Zaqatalada üstələməyi bacarıb. Əsas vaxt 1:1 hesablı heç-heçə ilə nəticələnib. Penaltilər seriyasında isə daha üstün olan “Abşeron” 5:2 hesabı ilə qalib gəlib.

“Bakı” da ¼ finala penaltilər seriyasında daha dəqiq olduğu üçün vəsiqə qazanıb. “Muğan”la görüşün əsas vaxtında 1:1 hesablı heç-heçə qeydə alınıb. Əlavə vaxtda paytaxt klubunun hücumçusu Jaba penaltidən yararlana bilməyib. Əvəzində penaltilər seriyasında “Bakı” daha üstün olub – 5:3.

1/8 finala mərhələsi

8 dekabr

"Gəncə" - "Neftçi" (Bakı) - 1:3
Samir Zərgərov, 90-penalti ilə - Cavid İmamverdiyev, 31. Rəşad Abdullayev, 59. Mirhüseyn Seyidov, 78
Gəncə. Şəhər stadionu

"Qəbələ" - "Neftçi" İSM (Bakı) - 2:0
Lyuba Baranin, 37. Bruno dos Anjos, 66
Qəbələ. Şəhər stadionu

"Simurq" (Zaqatala) - "Abşeron" (Bakı) - 1:1 (penaltilərlə - 2:5)
Vasif Əliyev, 40 - Zahid Quliyev, 51
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu

"Rəvan" (Bakı) - AZAL (Bakı) - 1:2
Rəşad Məmmədov, 90 - Eleandro Pema, 32. Aqil Nəbiyev, 58
Bakı. "Şəfa" stadionu, 4-cü meydança

"Bakı" - "Muğan" (Salyan) - 1:1 (penaltilərlə 5:3)
Saşa Kaykut, 70 - Elnur Abdullayev, 4
Reallaşdırılmayan penalti: Jaba, 115 (“Bakı”)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

"Xəzər Lənkəran" – “MKT-Araz" (İmişli) - 3:1
Allan Lalin, 5. Amid Hüseynov, 8. Ramazan Abbasov, 43 - Hüseyn Əliyev, 21
Lənkəran şəhər mərkəzi stadionu

"Şuşa" - "İnter" (Bakı) - 1:4
Rauf Məmişov, 70 - Girts Karlsons, 14. Rövşən Əmiraslanov, 22; 85. Robertas Poşkus, 72
Bakı. "Şəfa" stadionu

7 dekabr

“Qarabağ” (Ağdam) – “Turan” (Tovuz) – 0:0 (penaltilərlə - 3:4)

Beləliklə, 1/4 final mərhələsində görüşəcəklər:

“Neftçi” – “Xəzər Lənkəran”
“Qəbələ” – “Bakı”
“Abşeron” – “İnter”
AZAL – “Turan”

İlk oyunlar martın 2-də və 3-də, cavab qarşılaşmaları isə bundan bir həftə sonra keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 698

Oxşar yazılar