Çempionlar Liqası: “Şaxtyor” uduzsa, aləm qarışa bilər
08 dekabr 2010 19:03 (UTC +04:00)

Çempionlar Liqası: “Şaxtyor” uduzsa, aləm qarışa bilər

Lent.az-ın məlumatına görə, VI tur çərçivəsində daha 4 qrupda baş tutacaq oyunlar arasında daha çox “Şaxtyor” – “Braqa” matçı əhəmiyyət daşıyır.

1/8 finala vəsiqə qazanmaq üçün Ukrayna çempionlarına heç-heçə də kifayət edir. Portuqaliya təmsilçisi qələbə qazanacağı halda, H qrupunda “Arsenal” – “Partizan” görüşünün nəticəsi də böyük önəmə malik olacaq. İngiltərə komandası da qalib gələrsə, qrupda 3 komandanın eyni xalı olacaq. Bu zaman onların arasında keçirilmiş oyunların nəticələrinə əsasən, daha yaxşı göstəriciyə malik 2-si seçiləcək.

E qrupunda isə ikinci vəsiqəyə “Roma” ilə “Bazel” iddialıdır. İtaliya təmsilçisi Rumıniyada ÇFR-ə uduzsa, İsveçrə komandası Almaniyada artıq vəsiqəni təmin etmiş “Bavariya” üzərində qələbə sayəsində adını 1/8 finala yazdıra bilər.

Hələlik isə bu 4 qrupda yer alan komandalardan “Bavariya” (Almaniya), “Çelsi” (İngiltərə), “Marsel” (Fransa), “Real” (İspaniya), “Milan” (İtaliya) komandalarının Çempionlar Liqasında, “Bazel” (İsveçrə) və “Spartak” (Moskva, Rusiya) klublarının isə Avroliqada mübarizəni davam etdirəcəyi dəqiqdir

E qrupu

“Bavariya” (Almaniya) - “Bazel” (İsveçrə)
Baş hakim: Martin Hansson (İsveç)

ÇFR (Rumıniya) – “Roma” (İtaliya)
Baş hakim: Uilyam Kollam (Şotlandiya)

S

Komandalar

O

Q

H

M

T

X

1.

“Bavariya”

5

4

0

1

13-6

12

2.

“Roma”

5

3

0

2

9-10

9

3.

“Bazel”

5

2

0

3

8-8

6

4.

ÇFR

5

1

0

4

5-11

3

F qrupu

“Jilina” (Slovakiya) - “Spartak” (Moskva, Rusiya)
Baş hakim: Kevin Blom (Hollandiya)

“Marsel” (Fransa) - “Çelsi” (İngiltərə)
Baş hakim: Vladislav Bezborodov (Rusiya)

S

Komandalar

O

Q

H

M

T

X

1.

“Çelsi”

5

5

0

0

14-3

15

2.

“Marsel”

5

3

0

2

11-3

9

3.

“Spartak”

5

2

0

3

5-9

6

4.

“Jilina”

5

0

0

5

2-17

0

G qrupu

“Real” (İspaniya) - “Oser” (Fransa)
Baş hakim: Serj Qumyennı (Belçika)

“Milan” (İtaliya) – “Ayaks” (Hollandiya)
Baş hakim: Klaus Bo Larsen (Danimarka)

S

Komandalar

O

Q

H

M

T

X

1.

“Real”

5

4

1

0

11-2

13

2.

“Milan”

5

2

2

1

7-5

8

3.

“Ayaks”

5

1

1

3

4-10

4

4.

“Oser”

5

1

0

4

3-8

3

H qrupu

“Arsenal” (İngiltərə) - “Partizan” (Serbiya)
Baş hakim: Paolo Talyavento (İtaliya)

“Şaxtyor” (Ukrayna) – “Braqa” (Portuqaliya)
Baş hakim: Feliks Brıx (Almaniya)

S

Komandalar

O

Q

H

M

T

X

1.

“Şaxtyor”

5

4

0

1

10-6

12

2.

“Arsenal”

5

3

0

2

15-6

9

3.

“Braqa”

5

3

0

2

5-9

9

4.

“Partizan”

5

0

0

5

1-10

0

Bütün oyunlar Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 519

Oxşar yazılar