Şevçenko karyerasını başa vuracağı tarixi açıqladı
Lent.az-ın məlumatına görə, 34 yaşlı hücumçu 2012-ci ildə Polşa və Ukraynada keçiriləcək Avropa çempionatından sonra yaşıl meydanlarla vidalaşacağını söyləyib.
Şevçenko bildirib ki, məqsədi Avropa çempionatında çıxış etmək, sonra da karyerasını bitirməkdir. Bundan əlavə, İtaliyanın “Milan” və İngiltərənin “Çelsi” klubunun sabiq hücumçusu Kiyev “Dinamo”sunun qarşıdakı mövsümlərdə çıxışlarına böyük ümidlər bəslədiyini açıqlayıb.
O, 2006-cı ildə İtaliya yığmasına dünya çempionluğunu qazandırmış Marçello Lippinin Ukrayna millisinin baş məşqçi postuna dəvət edilməsinin mümkünlüyünə də münasibət bildirib: “Fikrimcə, Lippi dahi məşqçidir. O, yüksək nəticələrə imza atıb. Dünya çempionluğu məşqçi üçün böyük nailiyyətdir. Buna görə də söhbət Lippi kimi məşqçidən gedirsə, onunla işləmək yalnız xoş olardı”.
Qeyd edək ki, Andrey Şevçenko karyerasına Kiyev “Dinamo”sunda başlayıb. O, “Dinamo”nun heyətində 117 matçda 60 qol vurub. Ukraynalı forvard ən yaxşı illərini 208 oyunda 127 qol vurduğu “Milan”da keçirib. Onun “Çelsi”dəki karyerası isə alınmayıb. 48 qarşılaşmada 9 dəfə fərqlənən Şevçenko 2009-cu ildə Kiyevə qayıdıb. “Şeva” həm də Ukrayna yığması tarixində 100 oyunda 45 qolla ən yaxşı bombardirdir. O, həm də 2004-cü ildə “Qızıl top”u qazanıb.

Oxşar yazılar

Con Duran "Fənərbaxça"da!
6 iyul 2025 , 22:30
Parti həbs təhlükəsi üzündən "Arsenal"ı tərk edir?
6 iyul 2025 , 11:02
“Bavariya”da ağır itki - Futbolçunun ayağı sındı
5 iyul 2025 , 21:39
Klublararası dünya çempionatında ən çox qazanan klublar
5 iyul 2025 , 17:41
Avropanın 5 liqasına futbolçu hazırlayan ən yaxşı akademiyalar
5 iyul 2025 , 16:12
Yenidən futboldan həzz almaq istəyirəm: Poqba ambisiyalarını AÇIQLADI
5 iyul 2025 , 11:54
Boksçu böyük qalmaqalla üzləşdi: oranqutanı elektron siqaret çəkməyə məcbur etdi
5 iyul 2025 , 10:11