“Barselona”nın hücumçusu xəstəxanaya düşdü
Lent.az-ın “Marca”ya istinadən verdiyi məlumata görə, Krkiç ilk yarıda “Rubin”in müdafiəçisi Salvatore Bokketti ilə toqquşma nəticəsində başından güclü zərbə alıb.
“Barsa”nın oyunçusu meydançanı xərəkdə tərk edib. Onu xəstəxanaya aparıblar. Futbolçunun sağlamlığına təhlükə yoxdur. Amma ehtiyat tədbiri kimi həkimlər futbolçunu səhərədək saxlamağı məqsədəuyğun sayıblar. Krkiçin yaşıl meydançalara nə vaxt qayıdacağı məlum deyil.
Bununla yanaşı, matçın əvvəlində zədə üzündən Kataloniya klubunun digər forvardı Xeffren də əvəzlənməli olub. O, ayaq əzələlərindən xəsarət aldığı üçün meydançanı tərk edib. Xeffrenin uzun müddətə sıradan çıxdığı ehtimal olunur. Amma dəqiq bərpa tarixi tibbi müayinədən sonra açıqlanacaq.
Qeyd edək ki, oyun “Barselona”nın qələbəsi ilə başa çatıb – 2:0. Qolları ikinci hissədə Andreu Fontas və Viktor Vaskes vurub. “Barsa” Çempionlar Liqasının 1/8 finalına, “Rubin” isə Avropa Liqasının 1/16 finalına çıxıb.

Oxşar yazılar

Yamal ad gününə gəlməsi üçün modelə 20 min avro təklif edib
15 iyul 2025 , 03:43
“Milan” Luka Modriçin transferini açıqladı
14 iyul 2025 , 22:07
Əşrəf Hakimi top modellə sevişir: yeni gözəl cütlük -FOTOLENT
14 iyul 2025 , 19:59
“Arsenal”ın böyük yay həftəsi: 150 milyon xərcləmə planı
14 iyul 2025 , 18:06
PSJ-nin müdafiəçisi klubdan getmək istədiyini AÇIQLADI
14 iyul 2025 , 16:37
"Mançester Yunayted" qapıçı böhranı astanasında - zədəli Onananın yerinə beş namizəd
14 iyul 2025 , 13:43
Yamalın nəhayət 18 yaşı var: Futbolun "ən gənc"inin rekordları
14 iyul 2025 , 11:22