Azad Rəhimov Avropa Şurası Nazirlər Komitəsinin iclasında iştirak edir
08 dekabr 2010 15:03 (UTC +04:00)

Azad Rəhimov Avropa Şurası Nazirlər Komitəsinin iclasında iştirak edir

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın Lent.az-a verdiyi məlumata görə, konfransda nazir Azad Rəhimov da iştirak edir.

İclasda Avropa Şurasının baş katibi Bakıda keçirilmiş Avropa Şurası İdmana məsul nazirlərin 18-ci Qeyri-formal Konfransının yekunlarına dair məlumat verəcək. Paytaxtımızda təşkil olunmuş həmin toplantını nəzərə alaraq qeyd edək ki, konfrans keçirən ölkənin nazirinin Nazirlər Komitəsinin iclasında çıxış etməsi ilk dəfədir həyata keçirilir. Məhz bu baxımdan, nazir Azad Rəhimovun konfransa dəvət olunması xüsusi əhəmiyyət kəsb edir.

Rəhimov iclasda çıxış etməklə bərabər, konfransın yekunları və İdman sahəsində Genişləndirilmiş Hissəvi Sazişlə bağlı fəaliyyətlər, Ümumdünya Antidoping Agentliyi ilə münasibətlər, Avropa Şurası ilə Avropa Birliyi arasında idman sahəsində əməkdaşlıq məsələlərinə dair müzakirələrə də qatılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 559

Oxşar yazılar