Mübariz İbrahimovun xatirəsinə futbol turniri keçiriləcək
08 dekabr 2010 14:41 (UTC +04:00)

Mübariz İbrahimovun xatirəsinə futbol turniri keçiriləcək

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, turnir Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) “Milli Qəhrəmanlarımızı Tanıyaq və Tanıdaq” layihəsi çərçivəsində təşkil olunacaq.

Yarışda 24 ali təhsil müəssisəsindən müxtəlif komandaların iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, bu turnir ATGTİ–nin Milli Qəhrəmanların və vətənimizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsinə həsr etdiyi silsilə tədbirlərindən 3-dür.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1169

Oxşar yazılar